“Pokemon” sahibindən yaxşı nəticələr, bədbin xəbərlər
Çip böhranı Sony-nin ardınca onun ən böyük rəqibini də vurub.
Yaponiyanın ən iri elektronika və video-oyun şirkətlərindən biri, məşhur “Mario”, “Pokemon”, “Star Fox”, “Super Smash Bros” və başqa oyun seriyalarının proqramçısı və müxtəlif oyun konsollarının istehsalçısı Nintendo qlobal çip böhranına görə bir sıra oyun cihazlarının, o cümlədən Nintendo Switch oyun konsollarının istehsalı və satışında iri həcmli azalmaların olacağını bildirib.
Marja xəbər verir ki, şirkət bugün 2021-ci ilin martında bitən fiskal il üzrə nəticələri açıqlayıb. Son 12 ayda 28,8 milyondan artıq Switch oyun konsolu satan Nintendo növbəti bir il ərzində bu rəqəmin 25,5 milyon ədədə qədər azalacağını proqnozlaşdırır.
Şirkətin ümumi gəlirləri illik ifadədə 34,4% artaraq, 1,759 trilyon yenə (16,1 milyard dollara) çatıb. Əməliyyat mənfəəti 641 milyard yen (5,9 milyard dollar, 81% artım), xalis mənfət isə 480 milyard yen (4,4 milyard dollar, 86% artım) təşkil edib. Adətən mühafizəkar yanaşması ilə seçilən şirkət 2021-2022 maliyyə ilində gəlirlərin 9% azalaraq, 1,6 trilyon yen, xalis mənfəətin isə 29% daha az - 340 milyard yen (3,1 milyard dollar) olacaını proqnozlaşdırır.
Xatırladaq ki, ötən həftə daha bir yapon nəhəngi Sony-nin baş maliyyə direktoru Hiroki Totoki yarımkeçirici çiplərin təchizatındakı problemlər səbəbindən yeni PlayStation5 konsollarının istehsal həcmini artıra bilməyəcəklərini və bu vəziyyətin növbəti ilə qədər davam edəcəyini bildirib.
Göründüyü kimi, təchizat zəncirindəki axsamaların əsasən avtomobil sektoruna təsiri gözlənilsə də, artıq digər iri sənaye sənaye sahələri də bu problemdən ciddi əziyyət çəkir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 d. əvvəl
Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
-
-
10 d. əvvəl
Zəng çalındı, Avropa bankının manat istiqrazlarının ticarəti başladı
-
17 d. əvvəl
“Azərsun Holdinq” COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmalar tətbiq edir
- 23 d. əvvəl
-
29 d. əvvəl
"Azərsun" şəkər sahəsinə daha çox subsidiya ayrılmasını təklif edir
-
1 saat əvvəl
COP29 sonrası “PAŞA Bank”: Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək
-
1 saat əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
1 saat əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!

Zəng çalındı, Avropa bankının manat istiqrazlarının ticarəti başladı

"Azərsun" şəkər sahəsinə daha çox subsidiya ayrılmasını təklif edir

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb
Ən çox oxunanlar

100-dən çox avtobus fəaliyyət göstərəcək - Məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə başladı

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub
