İllik 219 manata 25 000 manat təminat - ailələr üçün həyat sığortası başladı
Azərbaycanın “PAŞA Həyat Sığorta” şirkəti ailələr üçün həyat sığortası məhsulunu təqdim edib.
“Marja” şirkətə istinadən xəbər verir ki, bu təklif ilə ailənizi ola biləcək risklərdən sığortalaya bilərsiniz.
Həyatın müddətli sığortası – İstənilən səbəbdən vəfat halında sizdən maddi olaraq asılı olan yaxınlarınızın maddi cəhətdən sarsılmaması üçün olan sığorta növüdür.
“Hamımızın həyatda daim qayğı ilə yanaşdığımız, bizim həm maddi, həm mənəvi dəstəyimizə daim ehtiyacı olan sevdiklərimiz var. Övladlarımızın təhsili ilə bağlı planlarımız, ailəmizin həyat şəraitini yaxşılaşdırmaq üçün xəyallarımız və bizi daim narahat edən bir hiss var; “birdən mənim başıma bir şey gəlsə..?”
Bizi narahatan edən bir fikirlərdən uzaqlaşmaq üçün Həyatın müddətli sığortası sığorta növü var. Bu məhsul sizin istənilən səbəbdən vəfatınız halında ailənizə əvvəlcədən müqavilə ilə müəyyənləşdirilən bütöv sığorta məbləğini birdəfəlik ödəməyi təmin edir”,- Şirkətin məlumatında deyilir.
Nə qədər məbləğdə təminat ala bilərəm?
30 yaşındakı bir kişi illik cəmi 219 AZN ödəməklə 25 000 AZN məbləğində təminat ala bilər. Üstəlik bu məbləği il ərzində 4 dəfəyə ödəmək imkanınız da mövcuddur.
Nə qədər təminat almalıyam?
“PAŞA Həyat Sığorta” bildirir ki, burada məqsəd sizin vəfatınız halında ailənizin qəflətən böyük maddi çətinliklərlə üzləşməsinin qarşını almaqdır. Ona görə də, təminat məbləğini hesablayarkən ödəməli olduğunuz kreditlər və borclarınızı, ailənin aylıq maddi ehtiyacını, uşağın təhsili üçün olan illik ehtiyacı və.s kimi şərtləri nəzərə almaqda fayda var.
Nəyə görə Həyatın müddətli sığortası xüsusilə də bu dövrdə lazımdır?
1-Sizin mənəvi yoxluğunuzun ağrısını hiss edən sevdikləriniz bir də maddi çətinliklərlə üzləşməsin deyə.
2-Sizin özünüzün mənən rahatlığınız, daim “birdən...” dərdi çəkməməyiniz və stressiz yaşamağınız üçün .
3-Ailənizlə bağlı planlarınızın hətta siz olmadıqda da reallaşması üçün. Yəni onları əbədiyyən qayğınızla qoruya bilməyiniz üçün.
Sizə uyğun sığorta məhsulu haqqında daha ətraflı məlumat almaq üçün (012) 942 nömrəsinə zəng vurun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 4 d. əvvəl
-
8 d. əvvəl
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
-
15 d. əvvəl
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
- 16 d. əvvəl
-
34 d. əvvəl
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
-
1 saat əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Ən çox oxunanlar
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Restoranda yanğın baş verib
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!


















