BMU-dan "ingilis dilində aparılan ixtisaslara qəbul dayandırılacaq" xəbərinə reaksiya
"Bakı Mühəndislik Universitetində (BMU) tədris ingilis dilində aparılan ixtisaslara qəbulun dayandırılması haqqında sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu il tədris ingilis dilində aparılan ixtisasların yalnız 3-də qəbul bir il müddətinə dayandırılıb. Növbəti tədris ilindən universitet kadr potensialını, maddi-texniki bazanı gücləndirmək istiqamətində fəaliyyətini daha da artıraraq, bu ixtisaslar üzrə tələbə qəbulunun davam etdirilməsini planlaşdırır".
Bu, Universitetin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 2021-ci ilin qəbul planında BMU-nun ingilis dili bölməsinə 13 ixtisas üzrə 500 nəfərin qəbulu nəzərdə tutulub.
Ümumilikdə cari ildə BMU-nun bakalavr pilləsinə 30 ixtisas üzrə 1180 nəfərin, magistratura pilləsinə 18 ixtisas üzrə 265 nəfərin qəbulu nəzərdə tutulur.
2021-ci ildə BMU-ya eyni zamanda, 5 yeni ixtisas üzrə - kompüter elmləri (bakalavr), elektroenergetika mühəndisliyi, nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, memarlıq (magistratura) tələbə qəbulu həyata keçiriləcək.
Bununla yanaşı, BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramı çərçivəsində inşaat mühəndisliyi, informasiya texnologiyaları, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə də tələbə qəbulu davam etdiriləcək.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
42 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























