RF Şimali Qafqaz Federal Dairəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub
Rusiya Federasiyasının (RF) Şimali Qafqaz Federal Dairəsi ilə tikinti və infrastruktur sahəsində regional əməkdaşlığın genişləndirilməsi məqsədilə videokonfrans formatında görüş keçirilib.
AZPROMO-dan Marja-ya daxil olmuş məlumata görə, tədbirdə Rusiya İxrac Mərkəzinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nuri Quliyev Rusiya müəssisələrinin Azərbaycan bazarına çıxışının dəstəklənməsi, biznes dairələri arasında qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində Mərkəz tərəfindən görülən işlər barədə danışıb, sahibkarları əməkdaşlığın genişləndirilməsində fəal olmağa çağırıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev videokonfrans iştirakçılarına təmsil etdiyi qurumun fəaliyyəti, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Rusiya iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət edib.
“Roseksimbank”ın rəhbəri Azər Talıbov qeyri-neft sektorunun müxtəlif sahələrində birgə layihələr portfelinin şaxələndirilməsi istiqamətində dəstək tədbirləri barədə fikirlərini bölüşüb.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
21 d. əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
- 56 d. əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Ən çox oxunanlar
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir










.png)












