“Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir
(®️) 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Nar” və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyilə məktəblilər üçün “Oxu saatı” layihəsinə start verilir. Layihənin əsas məqsədi pandemiya dövründə məktəblilərin maarifləndirilməsi və mütaliə vərdişlərini inkişaf etdirərək səmərəli vaxt keçirmələrinə dəstək olmaqdır. Layihə çərçivəsində Azərbaycanın ədəbiyyat və incəsənət sahəsinin tanınmış simaları uşaqlar üçün “Zoom” platforması üzərindən müxtəlif bədii əsərlərdən parçalar səsləndirəcəklər.
“Oxu Saatı”nın ilk qonağı xalq yazıçısı Çingiz Abdullayev mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışacaq, eyni zamanda sevimli kitablarını dinləyicilərlə paylaşacaq. 24 aprel saat 12:00-da baş tutacaq onlayn görüşə qoşulmaq üçün bu keçidə daxil ola, “Nar”ın rəsmi Facebookvə YouTube kanallarında yayımı canlı şəkildə izləyə bilərsiniz.
Qeyd edək ki, 24 aprel tarixindən başlayaraq 1 ay boyunca davam edəcək “Oxu saatı”nda Çingiz Abdullayevlə yanaşı, hər həftənin şənbə günü Zülfiyyə Xanbabayeva, Nərgiz Cəlilova, Ceyhun Əli kimi qiraətçiləri də dinləmək mümkündür. Cədvəl və oxunacaq kitablar haqqında məlumat “Nar”ın rəsmi “Facebook” və “İnstagram” səhifələrində mütəmadi olaraq paylaşılacaq.
“Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
47 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
-
53 d. əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 59 d. əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ən çox oxunanlar
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























