“Bank of Baku”nun xalis mənfəəti 2 dəfədən çox artıb – MALİYYƏ VƏZİYYƏTİ
“Bank of Baku” ASC 2021-ci ilin ilk rübünü 4 milyon 110 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ilin ilk rübün 1 milyon 968 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 2,1 dəfə artıb. Mənfəətin artması həm gəlirlərin artmasından, həm də mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş vəsaitdən qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja xəbər verir ki, 2021-ci ilin yanvar-mart dövründə (ilk rüb) “Bank of Baku”nun cəmi əməliyyat gəlirləri 17 milyon 358 min manat (ötən ilin ilk rübündə 16 milyon 109 min manat), cəmi əməliyyat xərcləri 13 milyon 174 min manat (ötən ilin ilk rübündə 13 milyon 110 min manat ) təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 4 milyon 184 min manat əməliyyat mənfəəti yaranıb (ötən il 2 milyon 999 min manat). Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 715 min manat mənfəətə əlavə edilib (ötən il 81 min manat ehtiyata ayrılmışdı) və mənfəət 4 milyon 899 min manata yüksəlib. “Bank of Baku” ilk rübdə 790 min manat mənfəət vergisi ödədiyindən 4 milyon 110 min manat xalis mənfəət əldə edib (ötən ilin ilk rübündə 1 milyon 968 min manat).
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində “Bank of Baku” 432 milyon 231 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 355 milyon 393 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bank ötən ilin sonunda 409 milyon 563 min manat cəmi aktivlərə, o cümlədən 337 min 946 min manat müştərilərə verilmiş kreditlərə mailk idi.
BANKDAKI DEPOZİTLƏR ARTIB
İlk rübdə “Bank of Baku”da depozitlər ötən ilin sonundakı 193 milyon 485 min manatdan 204 milyon 502 min manata yüksəlib (11 milyon 17 min manat artıb).
CƏMİ KAPİTALI ARTIB
31 Mart 2021-ci il tarixində “Bank of Baku” 80 milyon 892 min manat cəmi akpitala malik olub (31 Dekabr 2020-ci il tarixində 76 milyon 398 min manat idi).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
- 46 d. əvvəl
-
51 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 300 milyon dollar vəsait cəlb edib
-
3 saat əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
Ən çox oxunanlar
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi




















