Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dünyanın ən iri investisiya şirkətlərindən biri bəzi aktivlərini satır - 2,9 MİLYARD DOLLAR

Blackstone Avstraliyadakı logistika biznesinin satışından irihəcmli vəsait əldə edəcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən iri investisiya şirkətlərindən biri bəzi aktivlərini satır - 2,9 MİLYARD DOLLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Logistika sahəsində daşınmaz əmlak idarəçisi, hazırda idarəçiliyi altındakı aktivlərin həcmi 30 milyard dollar təşkil edən ESR Limited şirkəti ABŞ-ın investisiya nəhənglərindən olan Blackstone-un Avstraliyadakı logistika portfelini satın almaq üçün, dövlət rifah fondu, 2021-ci ilin yanvarına aktivlərinin həcmi 488 milyard dollara bərabər olan Sinqapurun Hökumət İnvestisiya Korporasiyasına (GIC) qoşulduğunu bildirib.

Marja xəbər verir ki, Avstraliya tarixində logistika və ümumi daşınmaz əmlak portefli üzrə ən böyük sövdələşmə hesab olunan prosesin ümumi dəyəri 3,8 milyard Avstraliya dolları (2,9 milyard dollar) təşkil edir.

ESR bu məbləğin 20%-ni maliyyələşdiriləcəyini, qalan hissənin isə GIC tərəfindən yatırılacağını qeyd edib. Şirkət açıqlamasında sövdələşmənin 6,9 illik icarə müddəti boyunca illik ortalama 4,5 ilkin gəlir gətirəcəyini bildirib. Blackstone-un Avstraliyadakı hazırkı logistika portfeli əsas şəhərlər, o cümlədən Adelaide, Brisbane, Melburn, Pert və Sidneydə cəmi 3,6 milyon kvadrat metr sahəyə malik 45 gəlirli obyekti əhatə edir.

Məlumat üçün bildirək ki, 1985-ci ildə qurulan Blackstone son 30 ildə kredit əsaslı satınalma bazarında ən iri özəl kapital investorlarından biridir və 2020-ci ilin sonuna idarəçiliyində olan aktivlərin həcmi 619 milyard dollar təşkil edir.

ESR Limited Blackstone logistika daşınmaz əmlak
19.04.2021 10:08

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

SON XƏBƏRLƏR