“Naxçıvan Karqo”ya lisenziya verildi
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətinə sürətli poçt xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziya verilib.
Marja Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyə daxil olan müraciətə əsasən sənədlərə komissiyada baxılmış və müvafiq araşdırma aparıldıqdan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətlərinin göstərilməsi Qaydaları”nda tələb olunan şərtlərin ödənildiyi müəyyən edilib. Komissiya tərəfindən “Naxçıvan Kargo” MMC-ə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziya verilməsinə dair qərar qəbul edilib.
“Naxçıvan Karqo”nun Naxçıvan şəhəri ilə yanaşı, yanğın təhlükəsizliyi və videomüşahidə sistemləri ilə təmin olunmuş Şərur, Ordubad və Kəngərli rayonlarında 3 saxlanma anbarı vardır, çatdırılma və kuryer fəaliyyəti üçün 2 yük avtonəqliyyatı vasitəsilə daşınmalar həyata keçirilir. Müştərilərə daha yüksək xidmət göstərmək üçün malların qəbulu, daşınması və ünvana çatdırılması ən sürətli üsullarla həyata keçirilir.
“Naxçıvan Karqo”nun əməkdaşı bildirib ki, bundan sonrakı fəaliyyətləri dövründə qaydalarda tələb olunan şərtləri yerinə yetirəcək, müştərilərə daha yüksək xidmətlər göstərməyə çalışacaq, sürətli poçt xidmətləri imkanlarını daha da genişləndirəcəkdir.
Həyata keçirilən tədbirlər muxtar respublikada bundan sonra da sürətli poçt xidmətlərinin daha təkmil formada göstərilməsinə və inkişafına öz töhfəsini verəcəkdir.
Həmçinin oxu
Sürətli poçt xidməti üçün xüsusi lisenziya aldıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























