"Xaricdən gətirib əkdiyimiz toxumda hektara 55 ton məhsuldarlıq da əldə etmişik"
Azərbaycanda yeni xarici ölkə sortları olan kartof sortları yetişdirilir. Bu barədə fermer Samir Verdiyev məlumat verib. Ölkənin 6 rayonunda kartof əkini ilə məşğul olan sahibkar yalnız xarici ölkələrdən Azərbaycana məhsuldar kartof növləri gətirməklə ölkədə bu sortları inkişaf etdirir:
"Hazırda 6 rayonda 340 hektar kartof sahəsi əkirəm. Əkində yerli sortlardan istifadə etmirəm. Yalnız xarici ölkələrdən yeni sortlar gətirərək yetişdirib yerli fermerlərə toxumluq kartof sortları satıram. Məqsədim xarici sortları Azərbaycanda inkişaf etdirməkdir. Əsasən Cəlilabad, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Qəbələ rayonlarında kartof əkirik. Bu vaxta qədər xaricdən Azərbaycana 50 növə yaxın kartof toxumu gətirmişik. Onlardan 14 sort kartofu hazırda da əkirik. Digər sortlar Azərbaycan iqliminə o qədər də yararlı olmadığı üçün təkrar əkmirik. Cəlilabad rayonu ərazisində əkdiyimiz kartof sortu tezyetişən sortdur. Bu rayonda may ayında artıq kartof yığımına başlayırıq. İyun ayında Şəmkirdə, iyulda isə Tovuz və Ağstafa rayonlarında yığım başlayır. Məhsuldarlıq əsasən gecyetişən sortlarda yüksək olur".
Fermer deyir ki, ötən il orta hesabla hektara 42-45 ton kartof götürüb: "Ölkə üzrə ümumi göstərici ötən il 25-30 ton olub. Bizdə isə 42-45 ton olub. Xaricdən gətirib ilk dəfə əkdiyimiz toxumda isə hətta hektara 55 ton məhsuldarlıq da əldə etmişik. Kartof sortlarını əsasən Almaniya, Hollandiya və Türkiyədən gətiririk".
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















