LG smartfon bazarından birdəfəlik gedir – 4,5 milyard dollarlıq ziyan
LG Electronics, ağıllı telefon istehsal etməyi dayandıraraq elektrikli avtomobil və ağıllı evlər kimi yeni texnologiyalar inkişaf etdirməyə fokuslanacağını açıqladı.Cənubi Koreyanın texnologiya nəhəngi LG Electronics Inc. özünün ziyanla işləyən mobil telefonlar bölməsini bağlamaq qərarına gəlib. Marja xəbər verir ki, şirkət bugün səhər yaydığı açıqlamada əsas diqqətini elektrikli avtomobillərə və ağıllı evlərə cəmləşdirəcəyini bəyan edib.
2013-cü ildə Apple və Samsung-dan sonra dünyanın üçüncü ən böyük mobil telefon istehsaçısı olan LG avadanlıq və proqram təminatındakı texniki problemlər, yenilənmələrin vaxtında həyata keçirilməməsi və zəif marketinq strategiyası səbəbindən dünya bazarındakı mühüm mövqelərini itirib. Son 6 ildə mobil telefon bölməsindən 4,5 milyard dollar ziyana məruz qalan şirkət hazırda qlobal bazarda cəmi 2% paya malikdir. Ötən il cəmi 23 milyon smartfon satılıb ki, bu da Samsung-un göstəricisi (256 milyon ədəd) ilə müqayisədə 10 dəfə azdır.
LG-nin mobil telefonların istehsalını dayandırması onun Şimali Amerika bazarındakı 10% payının da itirilməsi ilə nəticələnəcək. Cənubi Amerika ölkələrində hazırda LG Apple, Samsung, Xiaomi və digər Çin istehsalçılarından sonra 5-ci ən çox satılan smartfon modellərinə malikdir.
LG-nin 5 iri sənaye bölməsi içərisində ən kiçiyi olan mobil telefon istehsalı şirkətin illik gəlirinin 7%-ni təşkil edirdi. İstehsalatın cari ilin 31 iyul tarixinə kimi dayandırılacağı, Cənubi Koreyadakı smartfon zavodlarında çalışan işçilərin LG-nin digər sənaye sahələrinə keçiriləcəyi, hazırda mobil telefon istifadəçiləri tərəfindən işlədilən LG markalı smartfonlara isə müxtəlif regionlardan asılı olaraq hələ bir müddət proqram təminatı və yenilənmələrlə bağlı xidmət göstəriləcəyi nəzərdə tutulur.
Şirkət, elektrikli avtomobil, ağıllı ev, robotik və süni zəka sahələrinə fokuslanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)













.jpg)




