Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"OPEC+" qlobal neft tələbatı üzrə proqnozunu endirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"OPEC+" qlobal neft tələbatı üzrə proqnozunu endirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"OPEC+"un (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Texniki Komitəsi 2021-ci ildə dünyada neft tələbatı üzrə proqnozunu endirib.

Rusiya mətbuatına istinadən verilən məlumata görə, komitə gündəlik qlobal neft tələbatının bu il 5,6 milyon barel səviyyəsində olacağını proqnozlaşdırır.

Reklam_3_11

Halbuki ötən proqnoza görə, bu göstərici 5,8 milyon barel səviyyəsində idi.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barel səviyyəsində saxlanılacaq. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barel təşkil edəcək. Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 741 min barel olub. Qeyd olunan həcmlərin 593 min barelini xam neft, 148 min barelini isə kondensat təşkil edib. Bununla da Azərbaycan “OPEC+” razılaşması çərçivəsində öhdəliklərini, demək olar, tam yerinə yetirib.

©️ APA

31.03.2021 13:53
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

SON XƏBƏRLƏR