Onun vəzifəsi gözəllik yaratmaqdır...

Həyatda elə insanlar var ki, bizim necə görünməyimiz, başqalarının bizi necə qəbul edəcəyi məhz onlardan asılıdır. Hamı gözəl və dəbli görünmək istəyir. Axı bizi qarşılayanlar ilk öncə, geyimimizə baxıb qiymət verir. Bu geyimləri isə peşəsi dərzi olan insanlar müxtəlif materiallardan hazırlayır.
Çətin ki, adi vətəndaş tikiş maşını və qayçının köməyilə bir parça ipəkdən, sətindən, kətandan yastıqüzü və ya döşəkağından başqa bir şey yarada bilsin. Bu işin əsl ustaları olan dərzilər isə heç bir çətinlik çəkmədən insanlar üçün rəngarəng, zövq oxşayan libaslar hazırlayır.
Gəncə şəhərində peşəsinin əsl ustası, işini sevən və bu işə yaradıcılıqla yanaşan bur dərzi yaşayır – Elza Rzayeva. Onun əl işləri kiçikdən tutmuş böyüyədək bir çox şəhər sakininin sevdiyi libaslardır. Elza xanımın tikdiyi paltarlar Gəncədə çox məşhurdur.
Elza xanım deyir ki, dərzilik peşəsi olduqca maraqlı sənətdir. Çünki bu işin nəticəsində əmələ gələn son məhsul insanların üst-başını bəzəyir, onların görkəmini dəyişir. İnsanlar, xüsusilə də, qadınlar həmişə gözəl görünmək istəyir, hər dəfə yeni libas aldıqca özlərini daha xoşbəxt hiss edirlər.
Qəhrəmanımızın sözlərinə görə, dərzi peşəsi yaradıcılıqla bağlıdır, çünki gözəllik yaratmaq özü də sənətdir, insanlara müsbət enerji ötürür. Məhz buna görə bu fəaliyyət sahəsində bədii zövq mühüm rol oynayır. Bəli, məhz bədii zövq və əməksevərlik Elza xanımı yaşadığı şəhərdə peşəkar, təcrübəli dərzi kimi tanıdıb. Amma işi genişləndirmək üçün bunlar kifayət etmirdi.. Elza xanım daha gözəl, ürəyi istədiyi materialları, arzuladığı mükəmməl tikiş maşını almaq üçün yollar axtarırdı.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) layihəsi barədə xəbəri eşidən Elza Rzayeva da öz tələbələri ilə birlikdə bu layihəyə qoşulur. Onlar layihə çərçivəsində AMFA-nın təşkil etdiyi təlimlərdə fəal iştirak edirlər. Elza xanım bu işdə səriştəli olsa da, təlimlərdən sonra çox şey öyrəndiyini etiraf edir.
“Bu layihə möhtəşəm idi. Həm bizi öyrətdilər ki, pulu necə qazanmaq və xərcləmək olar. Habelə alqı-satqı, mənfəət, gəlir barədə nə lazımdırsa, hamısını öyrəndik. Eyni zamanda, sonda bizə sərmayə kapitalı ayırdılar. Bu, mənim üçün işimi yenidən qurmağa bir təkan idi... Həmin vəsaitə aldığım yeni avadanlıqmüştərilərim qarşısında mənim üzümü ağ edir”.
AMFA-nın təşkil etdiyi bütün tədbirlərdə fəal iştirak edən Elza Rzayeva da işini inkişaf etdirmək və genişləndirməküçün biznes-plan tərtib edib, münsiflər heyətinə təqdim edib. Onun biznes-planı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Sərmayə kapitalını alıb və daha da həvəslənərək həmin vəsait hesabına yeni parçalar, lazım olan avadanlıqlar, ləvazimatlar və tikiş maşını əldə edib. “Heç vaxt ağlıma gəlməyib ki, nə vaxtsa bir sahibkar kimi işimi qurub fəaliyyət göstərə biləcəyəm... İndi işlərimi daha yaxşı görə bilirəm, çünki əlimin altında olan və çoxlu sayda mürəkkəb prosesləri icra edən bu tikiş maşını mənə ürəyim istədiyim libası daha peşəkarcasına tikməyə imkan verir. Artıq mən tikdiyim hər bir geyimdə öz yaradıcılıq qabiliyyətimi çətinlik çəkmədən tətbiq edə bilirəm. Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da ölkəni bürüyən koronavirus infeksiyası ilə bağlı pandemiya dövrünü yaşasaq da, sahibkarlıq fəaliyyətinə başladığım gündən müştərilərimin sayı heç də azalmayıb, əksinə,demək olar ki, iki dəfə artıb. Müştərilərin sayı artdıqca təbii ki, əldə edilən gəlir də artır, mən daha da həvəslənir, yeni materiallar alıb daha gözəl libaslar hazırlamağa çalışıram. Gələcəyə planlarım böyükdür...”, - deyə Elza xanım təşkilatçılara təşəkkürünü bildirir.
Sahibkar Elza Rzayeva öz sənətinə bağlı insandır. O, 14 ildir ki, həm dərziliklə məşğuldur, həm də bu sənəti yorulmadan tələbələrinə öyrədir. Dediyinə görə, tələbələrinin çoxu ayrı-ayrı yerlərdəniş dəvəti alırlar, bəziləri isə artıq öz işini qurub. Bütün bunlar onu sevindirir. Əvvəllər ildə 20-yə qədər tələbəsi olurdusa, sahibkarlıq fəaliyyətinə başladıqdan sonra tələbələrinin sayı 30-a çatıb. Hər tələbə ilə 3-5 ay dərs keçdikdən sonra onlar dərziliyin bütün incəliklərinə yiyələnirlər.
“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 125 yeni iş yerinin yaradılmasına nail olmuşdur.
Yeganə Məmmədova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
2 saat əvvəl
“Bank of Baku” ASC istiqrazlarını alan investorlar üçün əlavə fürsət!
-
2 saat əvvəl
Ərəb ölkəsinin holdinqi Azərbaycan bankına sərmayə yatıracaq - ANLAŞMA
-
2 saat əvvəl
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək
-
3 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
-
3 saat əvvəl
AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək
-
3 saat əvvəl
Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək

Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır

Sentyabr “Həyat Sığortası üzrə Maarifləndirmə Ayı”-dır

Qarabağ atlarının şousunu izləyiblər

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, Milli Xalça Muzeyinin Şuşa filialında olublar
