Qardaş iki ölkənin kənd təsərrüfatı nazirlərindən "Ziraat Bank Azərbaycan"a ziyarət
(®️) 19 Mart 2021 tarixində Türkiyə Cumhuriyyətinin Kənd Təsərrüfatı naziri Dr. Bekir Pakdemirli, Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral “Ziraat Bank Azərbaycan” ASC-nin Baş Ofisini ziyarət ediblər.
Ziyarət zamanı “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Sədri Avni Demirci qonaqları salamlayaraq ev sahibliyi etməkdən məmnun olduğunu, iki ölkə arasında olan münasibətlərin inkişafı üçün Ziraat Bankın daim çalışdığını bildirib.
Banka ziyarət zamanı İdarə Heyətinin Sədri Avni Demirci ölkə iqtisadiyyatı, kənd təsərrüfatı, bankın fəaliyyəti, filialları və böyümə strategiyası haqqında məlumat verib. Həmçinin qeyd edərək bildirib ki, Bank ölkə iqtisadiyyatı və kənd təsərrüfatının inkişafına hərtərəfli dəstək olmaqla yanaşı, günbəgün artan müştəri bazasına daha da keyfiyyətli və operativ xidmət göstərir. Belə ki, altı il öncə qurulan Ziraat Bankın altıncı filialının tezliklə Bakı şəhərində açılacağını, Atatürk Bulvarı və Səməd Vurğun filialları ilə yenə bu il açmağa qərar verilən Naxçıvan və Şuşa filiallarını da nəzərə aldıqda, 2021 ilini 10 filiala sahib bir bank olaraq tamamlanacağını qeyd edən sədr, 2023-cü ilin sonunadək 15 filial hədəfinin həyata keçiriləcəyini də bildirib. Bundan əlavə 2020-ci ildə başlayan və bu il də davam edəcək olan böyümə və rəqamsallaşmadakı investisiyaların tezliklə tamamlandığını da vurğulayıb. Bankın daim öz missiyasına sadiq qalaraq "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin gücləndirilməsi" məqsədi ilə kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətlərinin genişləndirilməsinə, dövriyyə kapitalının artırılmasına və digər xərclərin maliyyələşdirilməsinə imkan verdiyini bildirib. Sonda, Demirci Bankın hər zaman fermerlerin yanında olduğunu, bu minvalla bütün əməliyyatlarında və əlaqələrin qurulmasında daim köməklik göstərdiklərini, həmçinin kənd təsərrüfatının inkişafında faydalı işlər görməyə davam edəcəklərini bildirərək qonaqlara təşəkkür edib. Cənab nazir İnam Kərimov da öz növbəsində çıxış edib həmfikir olduğunu bildirərək, iqtisadiyyatın inkişafı nəzdində Bankla əməkdaşlıq edilməsindən məmnun olduğunu qeyd edib.
Təqdimatın sonunda Bank olaraq Türkiyə ilə Azərbaycan arasındakı ticarət həcminin artırılması məqsədilə səy göstərdiklərini və dəstək verdiklərini ifadə edən sədr Demirci “Ziraat Bank Azərbaycan” adından hər iki ölkə nazirlərinə Bankın simvoluna və Azərbaycan Respublikasına dair ənənəvi motivlərin əks olunduğu hədiyyələr təqdim edib.
Bankı ziyarət etməkdən məmnun olduğunu bildirən hər iki ölkənin naziri Bankın departamentlərini gəzərək işçilərlə söhbət ediblər.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 6 filialı mövcuddur.
Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
2 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
4 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
5 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
5 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
5 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
5 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)
















