Pandemiyadan qazanc – 4,3 milyard dollar
ABŞ hüquq şirkəti Latham & Watkins bununla sektorda qlobal liderlərdən birinə çevrilib.
ABŞ-ın ən köklü hüquq şirkətlərindən biri, 1934-cü ildə yaradılmış Latham & Watkins 2020-ci ilin yekunlarına dair göstəricilərini açıqlayıb. Marja xəbər verir ki, pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən məharətlə gəlməyi bacaran Latham-ın əldə etdiyi 4,3 milyard dollar gəlir şirkət tarixində rekord göstəricidir.
Hələ 2007-ci ildə Latham & Watkins illik 2 milyard dollar gəlirə çatan ilk ABŞ şirkəti olmuş, 2018-ci ildə isə bu göstəricini 3 milyard dollarlıq rekordla yeniləmişdir. 4500 əməkdaşı olan şirkət 2020-ci ildə gəlirlərini 15 faiz artırmış və hər bir səhmdarına əvvəlki ilə nisbətən 20 faiz daha çox mənfəət ödəmişdir. Bu isə orta hesabla 524 partnyorun hər birinə 4,5 milyon dollar təşkil edir.
Şirkətin idarəçi partnyoru Rich Trobmanın qeydlərinə görə: “Ötən il bizim sövdələşmələr, məhkəmə və normativ prosedurlara dair xidmətlərimizə qlobal tələbat artıb, dünyanın hər yerindəki filiallarımız vasitəsilə sifarişlər daxil olub”. Şirkət bununla 2019-cu ildə 4,15 milyard dollarlıq göstərici ilə lider olan Çikaqonun hüquq firması Kirkland & Ellis-i də ötüb.
ABŞ hüquq şirkətlərinin əksəriyyəti COVID-19 böhranının ardınca 2020-ci ili mənfəətlə başa vurub. Qlobal miqysda müxtrəlif korporativ sövdələşmələr, səhmlərin alqı-satqısı, bəzi sənaye nəhənglərinin biznesini tamamilə başqa şirkətlərə satması hüquqşünasların xidmətlərinə tələbatı görünməmiş dərəcədə artırıb. Refinitiv-in məlumatlarına görə, 2020-ci ildə qlobal miqyasda birbaşa investisiya sövdələşmələri 2007-ci ildən bəri ən yüksək həddə - 559 milyard dollara çatıb. İl ərzində 8 mindən çox sövdələşmə elan edilib ki, bu da 1980-ci illərdən bəri ən yüksək göstəricidir.
Ötən ilin sonunda qlobal hüquq şirkətləri, o cümlədən Cravath, Swaine & Moore və Clifford Chance gərgin iş rejiminə görə hər işçiyə orta hesabla 100 min dollar bonus ödəyib.
Latham-ın 2020-ci ildəki ən böyük sifarişləri ABŞ-ın çip istehsalçısı Nvidianın Böyük Britaniyalı rəqibi Arm-ı 40 milyard dollara satın alması ilə əlaqədardır. Bundan başqa şirkət 2020-ci ilin son IPO-sunda, Airbnb-nin 3.4 milyard dollarlıq səhm satışında da hüquq məsləhətçisi qismində iştirak edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 d. əvvəl
Tramp 1 oktyabr tarixindən idxal dərmanlarına 100% rüsum tətbiq edəcək
-
16 d. əvvəl
Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 31 d. əvvəl
-
12 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
13 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
13 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
13 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 14 saat əvvəl
-
14 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
Son Xəbərlər

Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib

Bosch 13 min işçisini ixtisar edəcək

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
Ən çox oxunanlar

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
