"Bakı-Astara yolunda məşhur obyektlər sökülür"
“Hacıoğlu”, SOCAR...Bakı-Ələt–Astara yolunun üzərindəki restoranlar və yanacaqdoldurma məntəqəsi sökülür.
Məlumata görə, bununla bağlı iki ay öncə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma başlayıb.
Məlum olub ki, obyektlərin yerləşdiyi kafe və yanacaqdoldurma məntəqəsinin torpaq sahəsinin sənədləri qanunsuz olub.
Təxminən bir ay öncə Korrupsiya İdarəsi tərəfindən magistral yolun üzərində yerləşən “Hacıoğlu”, “Ulduz”, “Cız-bız”, “Masallı” restoranları və SOCAR-ın yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Magistral yoldan bu obyektlərə girişi təmin edən yol da bağlanılıb.
Artıq SOCAR-ın yanacaqdoldurma məntəqəsi başda olmaqla sözügedən obyektlərin bir neçəsinin söküntüsünə başlanılıb.
Məlumata görə, “Hacıoğlu” restoranı bələdiyyənin balansında olan torpaq sahəsində tikilib, “Ulduz” kafesinin yerləşdiyi torpaq sahəsi isə əvvəllər Meşə təsərrüfatının balansında olub. Sonra isə 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçib, daha sonra isə Əmlak Komitəsi həmin ərazini dövlət torpağı kimi balansına keçirib. Sahibkar isə Əmlak Komitəsi ilə müqavilə imzalayaraq torpağa dair alqı-satqı edib.
“Cız-bız” restoranın yerləşdiyi ərazi Xələc kənd bələdiyyəsinin balansında olub. 2006-cı ildə isə kənd sakini Yudif Nəzirova satılıb və onun şəxsi mülkiyyətinə keçib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN














.jpg)








