Biznesdə yaz planlarınızı Unibankın sərfəli biznes kreditləri ilə reallaşdırın!
(®️) Baharın gəlişi biznesinizin inkişafına təkan olsun!Sahəsindən asılı olaraq, illik 5% -dən başlayan biznes kreditləri və ya 8 faiz subsidiyanın sahibkarlara geri qaytarılması ilə Unibank yenə sizin yanınızdadır. Biznesinizə uyğun, sizə sərf edən kredit məhsulu üçün xeyli seçiminiz var. İstər “Unibank”ın öz kredit məhsulları, istərsə də Bankın əməkdaşlıq etdiyi Dövlət fondlarının təklif etdiyi çox sərfəli dəstək kreditləri, bu yaz biznesinizi xeyli canlandıracaq.
“Unibank” KB-nın Korporativ biznes üzrə Baş inzibatçısı Tural Hüseynov bildirib ki, mövsümlə bağlı olaraq hazırda biznes kreditləşməsinin aktiv dövrüdür və sahibkarlar öz bizneslərinə uyğun olan kredit növünü rahatlıqla seçə bilirlər:
“Unibank biznesin güzəştli kreditləşməsində iştirak edən bütün Dövlət fondları ilə əməkdaşlıq edir. Biznes sahibləri öz tələbatlarına uyğun olaraq Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu və Aqrar Kredit və İnkişaf Agentliyinin xəttilə ayrılan kreditlərdən faydalanmaq üçün “Unibank”a müraciət edə bilərlər. Dövlət fondlarının əsas məqsədi ölkəmizdə sahibkarlıq subyektləri layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi olduğundan, iş adamları üçün çox sərfəli şərtlərlə kredit ayrılır. Sahibkarlarımız Unibank filiallarına gələrək, yaxud onlayn formada kredit müraciəti edə bilərlər”.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Unibank-Biznesinizə daimi dəstək!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 15 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























