İxrac-idxal daha da asanlaşdı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Nicat Hacızadə Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli ”Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarına” edilən dəyişiklikləri şərh edib.
“Nazirlər Kabinetinin son qərarına əsasən, ixrac-idxal əməliyyatlarında sərhəd keçid məntəqələrində tələb olunan sənədlərin sayı azaldılıb.
Belə ki, son dəyişlikliyə qədər ixrac missiyasını həyata keçirən sahibkarlardan fitosanitar, keyfiyyət, mənşə və idxal missiyasını həyata keçirən sahibkarlardan isə uyğunluq və mənşə sertifikatı tələb olunduğu halda, artıq sözügedən sənədlər qaydalardan çıxarılib.
Qeyd olunan qərar, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrasını təmin etmək məqsədilə həyata keçirilib.
Nazirlər Kabinetinin ixrac-idxal əməliyyatlarında tələb olunan sənədlərlə əlaqədar dəyişikliyi qabaqcıl iqtisadiyyata malik ölkələrin təcrübəsinə əsaslandığını bildirən Mərkəzin analitiki deyib ki, bütün bunlar sahibkarların ixrac-idxal missiyalarını daha asan həyata keçirə bilməsi üçün növbəti islahat tədbirlərinin bir hissəsidir.
“Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində son illər sahibkarların öz ixrac-idxal əməliyyatlarını daha rahat şəkildə yerinə yetirmələri üçün bir sıra tədbirlər həyata keçirilib. İxrac-idxal əməliyyatlarında sənədlərin azaldılması sahibkarların öz risklərini tənzimləmələrinə imkan verəcəkdir. Belə ki, ixracatçı subyektlərdən sərhəd keçid məntəqələrində bitki və bitkiçilik məhsulları üçün tələb olunan fitosanitar sertifikat, yeyinti məhsulları üzrə Avropa İttifaqı ölkələrinə ixrac üçün tələb olunan keyfiyyət sertifikatı sərhəd keçid məntəqələrində artıq tələb olunmayacaq. Habelə, idxal əməliyyatlarında gömrük ərazisində məcburi sertifikatlaşdırmalı olan mallar gömrük ərazisinə idxal edildikdə uyğunluq sertifikatı tələb olunmayacaq. Sahibkarlar ixrac üçün nəzərdə tutulan ölkənin tələblərinə uyğun olaraq həmin sənədləri könüllü şəkildə ala bilər. Bundan əlavə, sözü gedən qaydaya müvafiq olaraq, ixrac və idxal əməliyyatlarında mənşə “Malların perefensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydalarının” 10.1-ci bəndində göstərilən hallarda tələb ediləcəkdir".
Nazirlər Kabinetinin qaydalarına edilən dəyişikliyin ölkənin beynəlxalq reytinqlərdə mövqeyinə də təsir göstərəcəyini vurğulayan Nicat Hacızadə tələb olunan sənədlərin azalması nəticəsində ölkənin mövqeyinin yüksələyəcəyini vurğulayıb.
“Bildiyiniz kimi, beynəlxalq reytinqlərdə gömrük fəaliyyətini tənzimləyən müxtəlif indikatorlar var ki, onlardan biridə “Sərhəddə ticarət” göstəricisidir. Sözügedən indikatorda ixrac və idxal əməliyyatlarında tələb olunan sənədlərin azaldılması Azərbaycanın mövqeyini bir qədərdə yüksəldəcəkdir. Nəzərə almaq lazımdır ki, sərhəddə ticarət göstəricisi xarici investorların xüsusi diqqət mərkəzində olduğundan, ölkəyə xarici investisiya axınında artırması gözləniləndir. Sonda Rəqəmsal Ticarət Qovşağının fəaliyyətinə toxunan Nicat Hacızadə bildirib ki, Azərbaycanda istehsal olunan məhsullar üzrə tələb olunan sənədlər vahid pəncərə altında elektron qayda veriləcəkdir. “Azərbaycan Respublikası Prezidentinin Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 22 fevral 2017-ci il Fərmanına əsasən, Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələr vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələrinə, ixrac gömrük bəyannaməsinin, habelə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödəniləcəkdir".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
-
55 d. əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
2 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























