Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başladı
(®️) BMT-nin Əhali Fondu (UNFPA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində Kapital Bank-ın dəstəyi ilə “YAŞA” Mərkəzinin Mingəçevir şöbəsinin açılışı oldu.
Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 19 ünvanında fəaliyyətə başlayan mərkəzin fəaliyyəti “Üçüncü Bahar” İctimai Birliyi tərəfindən təmin ediləcək. Həftənin 5 günü saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək “YAŞA” mərkəzinin xidmətlərindən Mingəçevirin yaşlı sakinləri təmənnasız və öncədən müraciət etməklə istifadə edə bilərlər.
“YAŞA” mərkəzinin əsas məqsədi pensiya yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar vardır, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir.
Qeyd edək ki, “YAŞA” Mərkəzi Bakıda (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1) və Şamaxıda da (Şamaxı şəhəri, Azadlıq küçəsi 1) fəaliyyət göstərir. Mərkəzin hazırda 2000-dən artıq fəal üzvü var və hər layihə üzrə 70-80 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0556801155, 0555165002 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)


.jpg)









