Dünyanın geyim dəbini dəyişən kəşf
“Bütün Amerika onunla böyüyüb”. Cins şirkətlərindən birinin şüarında bu sözlər yazılıb. Ancaq indi demək olar ki, bütün dünya onunla böyüyür. Elə bir ölkə, elə bir insan tapılmaz ki, ondan istifadə etməsin.
Cins kiçikdən böyüyə, kasıbdan varlıya, sıravi insandan prezidentə qədər hər kəsin qarderobunda mütləq özünə yer edən geyim növüdür. Olduqca rahat və praktikliyi ilə seçilən cins şalvarlar ölkə rəhhbərlərinin, məmurların, idmançıların, aristokratların, fəhlələrin, sənət adamlarının, gənclərin, bir sözlə, dinindən, dilindən, irqindən asılı olmayaraq hər təbəqəyə məxsus insanların sevimli geyimidir.
“Jeans” sözü fransız mənşəli olub Genuyanın göyü və ya mavisi (bleu de Genes) mənasını verir. Pambıq, kətan və yun qarışığından toxunan cins parça İtaliyanın Genuya şəhərində 16-cı əsrdən istehsal olunur. Maraqlıdır, bəs görəsən bütün dünyada məşhur olan cins şalvarı ilk dəfə kim və necə kəşf edib?
Əslində bütün başqa dahiyanə kəşflər kimi, cins şalvarlar da təsadüf nəticəsində yaranıb. Tarixdə bu kəşf Levi Straussun adı ilə bağlıdır.
1829-cu ildə Bavariyada dünyaya gələn, 18 yaşında Amerikaya işləmək məqsədilə köçən yəhudi mənşəli belçikalı mühacir Leyba Straussun atası dərzi olub. 1853-cü ildə San-Fransiskoya gedən bu dərzi oğlunu hələ gəmidə ikən “Levi Strauss” deyə çağırmağa başlayıblar. 24 yaşlı Levinin qoltuğunda atasından qalmış miras kimi vur-tut bir top parusin, yəni qalın kətan parça varmış. Yoxsul gənc vəhşi Qərbin bu çılğın dünyasında sağ qalmaqdan ötrü elə küçədəcə çadır tikmək üzrə sifarişlər almaqdan ötrü öz xidmətini təklif etməyə başlayır.
Bu xidmətdən yararlanmaq istəyən qızıl mədənində çalışan bir işçinin “möhkəm şalvarlarla ağac altında da gecələmək mümkündür” fikri isə yeni geyim növünün kəşfi üçün ideya olur. Levi özü əvvəllər heç zaman şalvar tikməyibmiş. Amma atasının bunu necə etdiyini saatlarla seyr edirmiş. Buna görə də dərzi oğlu özünü itirmir və həmin fəhləyə şalvar tikir. Bu, Levi Strausun şəxsən tikdiyi ilk cins şalvar sayılır. Qiyməti isə 1 dollar 20 sent olur. Beləliklə, bu ilk şalvar gənc dərzinin həyatını və bütün dünya dəbini kökündən dəyişmiş ilk təcrübəyə çevrilir.
Strauss həmin dövrdə mədən işçilərinin gec cırılan, möhkəm parçadan tikilmiş iş geyimlərinə ehtiyacı olduğunu anlayır. Bununla da onda qalın, dayanıqlı, ləkələri göstərməyən materialdan şalvar istehsal etmək ideyası yaranır. O, elə həmin il San-Fransiskoda şalvar tikişi üzrə emalatxana açır.
Cinslərin klassik indiqo, yəni tünd-sürməyi rəngi də Levi Straussun ideyasıdır. O, atasından qalmış parusini işlətdikdən sonra möhkəm pambıq parçadan istifadə etməyə başlayır. Həmin parçanı isə Fransanın Nima şəhərində istehsal edirdilər. Parçanın “denim” (de Nimes - Nimadan) adı da buradan yaranıb. Bu parçanı İtaliyanın Genuya limanından gəmilərə yükləyib gətirirlər. Buna görə də yükün üzərinə italyanca yolasalınma yeri “Genoese” yazılırdı. Bu sözü də amerikalılar öz bildikləri kimi oxuyurdular: “Jeans” - cins.
Zaman keçdikcə bu şalvarlarda kəmər üçün ilgəklər, dərin qabaq və əlverişli arxa ciblər, məşhur ikiqat tikiş yaranır. Bir müddətdən sonra isə Levi Strauss San-Fransiskoda fəhlələr üçün geyim istehsalında ixtisaslaşan “Levi Strauss & Co” şirkətini qurur. Bu, hazırda bütün dünyada tanınan “Levi's” şirkətidir. 1873-cü il mayın 20-də “Levi Strauss & Co” şirkəti cins adlandırılan şalvarların tikilməsi hüququnu əldə edir. Məhz bu tarix cinsin rəsmi yaranma tarixi sayılır.
1886-cı ildə Levi Straussun möcüzəli şalvarlarının qiyməti 22 dollara yüksəlir. Elə onda da Levinin firma cinslərini çox uğursuz şəkildə cırmağa çalışan iki atın təsvir edildiyi məşhur dəri leybl (etiket) yaranır. Belə fikir də var ki, bu leyblın yaranması bir maşinistin söylədiyi əhvalata əsaslanır. Maşinist danışıb ki, bir dəfə o, şalvarlarla vaqonları bir-birinə bağlamalı olub və bu şəkildə stansiyaya qədər gedib çıxıb.
1890-cı ildən cinslərdə partiya nömrələri qoyulmağa başlanılır, birinci 501 olur, məhz həmin tarixdən bütün dünyada məşhur “Levi's 501” cinsləri peyda olur.
San-Fransiskonun bütün mədənlərinin tezliklə bağlanmasına və qızılaxtaranların işinin bitməsinə baxmayaraq, cinslərin populyarlığı azalmır, əksinə, maraq daha da artır. Bu geyim neft işçiləri və kovboylar tərəfindən də tələbata çevrilən geyimə çevrilir.
1930-cu illərdə kinoteatrlarda dar cinslər geymiş kovboylar haqqında filmlər nümayiş olunur. Beləliklə, yalnız Hollivud deyil, bütün dünya bu rahat və gözəl geyimi sevir. Qısa zaman kəsiyində kovboylar cins şalvar trendini zirvəyə çıxarırlar. Hələ üstəlik bununla kifayətlənməyib yeni növ cins şalvar trendini yaradırlar - “bootcut”. Beləcə, hündürboğaz çəkmə uzunluğuna uyğun balaq kəsimi kəşf edilir və qısa müddətdə çox məşhurlaşır.
Çox keçmir ki, cins gəncliyin ən sevilən geyim stilinə çevrilir, küçələrdə tez-tez cins geymiş insanlara rast gəlinir. Lakin bu birmənalı qarşılanmır, ilk zamanlar restoranlar, teatrlar cins şalvara qarşı kəskin reaksiya verirlər. Hətta bir müddət Amerikada məktəblərdə cins şalvar geyinməyi qadağan edirlər. Bununla da cins şalvarlar gənclərin bir növ inqilab simvoluna çevrilir.
Cins dəbində əsl çevriliş isə XX yüzilliyin 60-cı illərində baş verir. Modelyerlər denimdən yalnız şalvarlar deyil, həm də plaş, köynək, ətək, kepka, gödəkçə, hətta ayaqqabı da tikməyə başlayırlar. Tezliklə modelyerlər öz yaradıcılıq imkanları üçün yeni geniş meydan əldə edirlər.
Ötən əsrin 70-ci illərində istehsalçılar enlibalaq cinsləri kəşf edirlər və cins şalvarlar status olaraq növbəti mərhələyə keçir. Artıq dövrün məşhur ulduzları tərzlərini tamamlamaq üçün bu şalvarlardan böyük cəsurluqla istifadə edirlər. Azadlıq erası olan 70-ci illərdən sonra cins şalvar müəyyən ildənbir yenilənmiş tərzi ilə moda dünyasındakı taxtını qoruyub saxlaya bilir.
Keçmiş sovet məkanında cinslə tanışlıq 1980-ci il Moskva Olimpiya Oyunlarından sonra baş verir. Müxtəlif ölkələrin qatıldığı beynəlxalq tədbir sovet mədəniyyətinə və həyat tərzinə böyük təsir göstərir. Sovet vətəndaşları ilk dəfə cinsin nə olduğunu öyrənirlər. Lakin cins qadağan olunmasa da, fəhlə və kəndli ölkəsində isti qarşılanmır.
ABŞ-dan dünyaya yayılan cins şalvarlar artıq bütün insanların ilin dörd fəslində də sevərək geyindikləri vazkeçilməz geyim növünə çevrilib. Və görünən odur ki, hələ neçə əsr də dünya dəbində əsas yerini qoruyub saxlayacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 d. əvvəl
- 32 d. əvvəl
-
-
53 d. əvvəl
Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı kəskin azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Polad incəsənətə çevriləndə “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb
- 4 saat əvvəl
Son Xəbərlər
"AFB BANK"ın istiqrazlarını 80 investor əldə etdi
Toyota-nın satışlarında rekord
"Arazdəyən–Sədərək ərazisi də açılmalıdır"
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Polad incəsənətə çevriləndə “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb
Qlobal bazarlarda son vəziyyət
Ən çox oxunanlar
SOCAR ilə “Uzbekneftegaz” arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanda qaz hasilatı 7,4% artıb
Türkiyədə işsizlik səviyyəsi artıb
Kredit götürərkən bunlara diqqət edin
Sığorta haqları 13%, sığorta ödənişləri 23% artıb
Şəki üçün Avropa bankından 90 milyon avroya yaxın borc alına bilər
ABŞ və Çinin bir sıra mübahisəli məsələlər üzrə razılığa gəldikləri açıqlanıb - Qlobal bazarlarda gərginlik azala bilər
"Novartis" nadir xəstəliklər üçün dərman hazırlayan ABŞ şirkətini 12 milyard dollara alır











.jpg)

.jpg)




.jpg)


