TANAP-a ilk qaz bu tarixdə vurulacaq
Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəmərinə (TANAP) sınaq məqsədilə ilk qaz 2018-ci ilin yanvar ayında vurulacaq.
Bunu “Anadolu” agentliyinə TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.
O qeyd edib ki, hazırda Türkiyə-Gürcüstan sərhəddindən Əskişəhərə qədər olan hissə üzrə (Faza-0) 80% işlər görülüb:
“Bu ilin sonuna qədər “Faza-0 “üzrə mexaniki işlərin tamamlanması gözlənilir. Bundan sonra, istismara vermə işləri başlayacaq. 2018-ci ilin yanvar ayında ilk sınaq qazı veriləcək. Bu sınaqlar aparıldıqdan sonra, 2018-ci ilin iyun ayında kəmər kommersiya qazı üçün hazır olacaq. Əməliyyatlar üçün də hazırlıqlara başlamışıq. Xeyli sayda işçi qəbul olunub və hazırda onlara treninqlər keçirilir”, - deyə o bildirib.
TANAP-ın baş direktorunun sözlərinə görə, Əskişəhərin qərbindən başlayaraq Avropaya qədər uzanan hissədə (Faza-1) 45% iş icra olunub.
S.Düzyol ümumilikdə TANAP üzrə işlərin 70%-nin tamamlandığını qeyd edib: “TANAP-ın Dardanel boğazından keçən sualtı hissəsi üzrə işlər bu ilin yay aylarında həyata keçiriləcək. Malayziyanın "Sapura Kencana" şirkəti axıntıya qarşı özünü tarazlayan və suyun üzərində hərəkət etmədən qala bilən gəmini bölgəyə gətirərək dəniz keçidini inşa edəcək. Sualtı hissədə 36 düymlük iki boru xətti döşənəcək".
Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.
2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 14 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
17 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 18 saat əvvəl
-
19 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
20 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)



.jpg)



