TamKartla endirim və əlavə kəşbək fürsətləri!
(®️) Azərbaycan Beynəlxalq Bankı TamKart və Bankın bütün kart sahibləri üçün yeni kampaniyaya start verib. 12, 13, 14 fevral tarixlərində baş tutacaq kampaniya müddətində Bankla tərəfdaş 200-dən yuxarı alış-veriş mərkəzində Azərbaycan Beynəlxalq Bankının kartları ilə ödəniş zamanı müştərilərə yerində 70%-ə qədər endirim və eyni anda 10%-ə qədər əlavə kəşbək veriləcək. TamKartlılar isə məhsul və xidmətləri 24 aya qədər taksitlə əldə edə biləcəklər. Kampaniya və iştirakçı partnyorların siyahısı ilə buradan tanış ola bilərsiniz.
TamKart eyni zamanda həm debet, həm də kredit funksiyasını özündə birləşdirən dual kartdır. Onun müştərilər üçün əsas üstünlüyü ödənişlər zamanı onlara ən azı 2% kəşbək qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır. Azərbaycan Beynəlxalq Bankının “QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı müəyyən faizlərdə kəşbək də müştərinin kart hesabına geri qayıdır.
TamKart getdikcə genişlənən böyük partnyor şəbəkəsinə malikdir. Bu şəbəkə müxtəlif ticarət və xidmət məkanlarını özündə birləşdirir.
Bu kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də faydalanmaq mümkündür. Məhsul haqqında daha ətraflı məlumatları buradan əldə etmək, kartı onlayn sifariş vermək olar.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti





















