“Xudafərin” 94 faiz, “Qız qalası” 90 faiz yekunlaşıb
Azərbaycan ilə İran arasında Araz çayı üzərində “Xudafərin” hidroqovşağı üzrə işlərin 94 faizi, “Qız qalası” hidroqovşağında isə təqribən 90 faizi başa çatıb.
Marja Energetika Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan və İran arasında “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı üzrə Azərbaycan tərəfindən hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinə dair İran tərəfindən təkliflər hazırlanaraq rəsmi olaraq Azərbaycan tərəfinə təqdim edilib. Naxçıvan Muxtar Respublikasında keçirilmiş görüşlərdə stansiyanın tikintisinin sürətləndirilməsi ilə bağlı qarşılıqlı əməkdaşlığın davam etdirilməsi qərar alınıb, eyni zamanda, “Ordubad” su elektrik stansiyasında aparılan tikinti işlərinə yerində baxış keçirilib. Hazırda ƏMTQ sənədinin razılaşdırılması istiqamətində işlər davam etdirilir. Bundan başqa, “Ordubad” su elektrik stansiyasının tikintisinin davam etdirilməsinə icazə verilməsi ilə bağlı Müştərək Texniki Komissiya İran tərəfinə müraciət edib.
“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının habelə su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə işlər davam etdirilib. İran tərəfindən “Xudafərin” hidroqovşağının tikintisinə çəkilmiş xərclər və dəymiş ziyanla bağlı təqdim edilmiş hesabatlara ilkin araşdırmalar nəticəsində cavab verilib. Müqavilədə nəzərdə tutulmuş xərclər nəzərə alınaraq yekunda toplam tikinti xərclərinin, İran tərəfinə dəymiş ziyanın və Azərbaycan tərəfinə dəymiş ziyanın həcmləri barədə ilkin təkliflər İran tərəfinə təqdim edilib. İran tərəfi bu rəqəmlərlə razılaşmadığını bildirib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 iyul tarixli Sərəncamı əsasında maliyyə vəsaiti ayrılmaqla prosesə məsləhətçi şirkət cəlb edilib. Məsləhətçi şirkətin təqdim etdiyi hesabat və metodologiya əsas tutularaq Naxçıvan Muxtar Respublikasında keçirilmiş görüşlərdə İranın hesablamalarına qarşı alternativ hesablama modeli hazırlanıb və Azərbaycan tərəfinin ödəyəcəyi borcun 127,5 milyon ABŞ dolları olduğu barədə hesabat İran tərəfinə təqdim edilib. Azərbaycan tərəfinin təklif etdiyi borc həcmi İran tərəfindən müəyyən şərtlərlə qəbul edilib və protokol imzalanıb. Eyni zamanda, layihə üzrə gələcəkdə işlərin davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən sifarişçinin seçilməsi nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikasında keçirilmiş görüşlərdə İran tərəfi “Qız qalası” hidroqovşağının tikintisinin faktiki icra cizgiləri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim edib. Hazırda bu cizgilər araşdırılması məqsədilə müvafiq işçi qrupuna təqdim edilib. Hidroqovşaqların tikintisi üzrə işlər tamamlanmaq üzrədir. “Xudafərin” üzrə işlərin 94 faizi, “Qız qalası” üzrə işlərin təqribən 90 faizi başa çatıb. Su elektrik stansiyalarının tikintisi üzrə müzakirələr davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 d. əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
İyunun 9-da gözlənilən hava şəraiti
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Ən çox oxunanlar
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib






















