“Azərenerji”də 2,5 milyard manatdan çox zərər!
“Azərenerji” ASC 2019-cu ili 228 milyon 998 min manat zərərlə başa vurub.
Bu, 2018-ci ilə nisbətən 24,7% azdır.
Bununla belə, hesabat dövründə qurumun yığılmış zərəri 8,9% artaraq 2 milyard 541 milyon 548 min manata çatıb.
2019-cu ildə “Azərenerji”nin enerji satışından gəlirləri 1 milyard 105 milyon 679 min manat (2018-ci illə müqayisədə 5,8% çox), elektrik şəbəkəsinə qoşulma xidmətindən və digər satış gəlirləri 897 min manat (2,8 dəfə az), yanacaq xərcləri 519 milyon 353 min manat (0,2% çox), köhnəlmə və amortizasiya xərcləri 189 milyon 467 min manat (5,9% çox), heyətlə bağlı xərcləri 59 milyon 536 min manat (20,1% çox), təmir və texniki xidmət xərcləri 77 milyon 764 min manat (96,3% çox), xammal və materiallar üzrə xərcləri 10 milyon 106 min manat (7,8% çox), alınmış elektrik xərcləri 8 milyon 208 min manat (30,9% az), ƏDV-nin dəyərsizləşməsi ehtiyatında dəyişiklikdən gəlirləri 976 min manat (2018-ci ildə xərclər olub), maliyyə xərcləri 41 milyon 332 min manat (2,1% az), xarici valyuta mübadiləsindən gəlirləri 3 milyon 229 min manat (4,4 dəfə az), kreditor borcların və kreditlərin silinməsindən gəlirləri 171 min manat (496,1 dəfə az), aktivlərin ləğv olunması ilə bağlı öhdəliklərdə dəyişiklikdən gəlirləri 31 milyon 361 min manat (2018-ci ildə olmayıb), əmlak, tikili, avadanlıq və əmlak, tikili və avadanlığın alınması üçün verilmiş avanslar üzrə dəyərsizləşmə itkisi 370 milyon 311 min manat (88,8% çox), digər xərcləri 24 milyon 284 min manat (2018-ci ildə olmayıb), mənfəət vergisi ödəmələri 34 milyon 671 min manat (7,1 dəfə az), digər vergi ödəmələri isə 36 milyon 279 min manat (10,6% az) təşkil edib.
2020-ci il yanvarın 1-nə “Azərenerji”nin aktivləri 3 milyard 922 milyon 852 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,6% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 0,7% artaraq 2 milyard 54 milyon 508 milyon manata, balans kapitalı isə 16,2% artaraq 1 milyard 378 milyon 344 min manata çatıb.
Xatırladaq ki, "Azərenerji" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 760 milyon 495 min manatdır. 100% dövlətə məxsus qurum ölkənin əsas enerji istehsalçısı və ixracatçısıdır.


Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 50 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Ən çox oxunanlar
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı















.jpg)




