"256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib"
"Pandemiyaya baxmayaraq, 23 rayon və şəhərdə icbari tibbi sığorta uğurla icra olunub".
Bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, 256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib: "Tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təminat sayı artırılıb. Ötən il tibb müəssisələri 334 növ dərman vasitəsi ilə təmin olunub. Bu çeşidlər daha da artırılacaq".
Ötən il icbari tibbi sığortanın tətbiq edildiyi xəstəxanalara müraciət edənlərin sayı açıqlanıb
"2020-ci ildə 1 147 834 nəfər icbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinə, habelə Müalicə Diaqnostika Mərkəzlərinə ümumilikdə 4 170 432 dəfə müraciət edib",- Zaur Əliyev deyib. .
O bildirib ki, bu müraciətlər üzrə 8 339 508 tibbi xidmət göstərilib: "Ümumi tibbi baxışla (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla) 503 381, qan dövranı sistemi üzrə 210 201, tənəffüs sistemi üzrə 179 376, endokrin sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları ilə bağlı 171 622, sidik-cinsiyyət sistemi ilə bağlı 148 907 müraciət olub".
1252 əməliyyat keçirilib
“Ötən il icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə ürək və damar cərrahiyyəsi üzrə 1252 əməliyyat həyata keçirilib",- İdarə heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, uşaqlar üzərində ürək və damar cərrahiyyəsi üzrə əməliyyatların sayı 68 olub. O qeyd edib ki, ötən il stasionarda cərrahi profil üzrə 255 538 sayda xidmət göstərilib.
APA
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
7 d. əvvəl
Kredit təşkilatına illik 16 faizlə 1 milyon manat borca pul lazımdır - ŞƏRTLƏR
-
14 d. əvvəl
Azərbaycanın mebel şirkətinin satışı kəskin artıb, 102 milyon manatdan çox gəlir əldə edib
- 28 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan neftinin son qiyməti
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Ən çox oxunanlar
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)













