Bu bank kiçilib, xalis mənfəəti 4 dəfədən çox azalıb
Karantin tədbirlərinin tətbiq edildiyi və iqtisadi aktivliyin kəskin aşağı düşdüyü 2020-ci ili “Bank Avrasiya” ASC ili 1 milyon 226 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu illə müqayisədə 2020-ci ildə Bankın xalis mənfəəti 4,4 dəfə azalıb. Belə ki, “Bank Avrasiya” 2019-cu ili 5 milyon 356 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ AZALIB
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbərverir ki, “Bank Avrasiya”nın faiz gəlirləri 2019-cu ildə 11 milyon 79 min manat ikən, 2020-ci ildə 10 milyon 957 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 808 min manatdan 1 milyon 513 min manata geriləyib.
XƏRCLƏRİ AZALIB, ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Ötən il "Bank Avrasiya"nın cəmi gəlirləri 12 milyon 470 min manat, cəmi xərcləri 6 milyon 922 min manat, gəlirləri xərclərini üstələdiyindən əməliyyat mənfəəti 5 milyon 548 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən "Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara" 3 milyon 992 min manat ayırıb və 331 min manat mənfəət vergisi ödəyib. Nəticədə Bank ötən ili 1 milyon 226 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, 2019-cu ildə "Bank Avrasiya"nın cəmi gəlirləri 12 milyon 887 min manat, cəmi xərcləri 7 milyon 607 min manat, əməliyyat mənfəəti isə 5 milyon 280 min manat təşkil etmişdi. Eyni zamanda həmən il "Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan" azad olmuş 1 milyon 432 min manat mənfəətə əlavə edilmişdi. Bank 6 milyon 713 min manat mənfəətindən 1 milyon 356 min manat mənfəət vergisi ödəmiş və 2019-cu ili 5 milyon 356 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK KİÇİLİB
2019-cu illə müqayisədə 2020-ci ildə “Bank Avrasiya”nın cəmi aktivləri 10 milyon 738 min manata azalaraq 159 milyon 703 min manata, o cümlədən müştərilərə verilmiş cəmi kreditlər 3 milyon 366 min manat azalaraq 112 milyon 616 min manata geriləyib.
BANKDA DEPOZİTLƏR AZALIB
Ötən il "Bank Avrasiya"da cəmi depozitlər 9 milyon 793 min manat azalaraq 44 milyon 28 min manata düşüb. Fiziki şəxslərin depozitləri 3 milyon 409 min manat, hüquqi şəxslərin depozitləri isə 6 milyon 385 min manat azalıb.
MƏCMU KAPİTALI ARTIB
31 Dekabr 2020-ci il tarixində "Bank Avrasiya" ASC 70 milyon 225 min manat məcmu kapitala malik olub. 2019-cu ilin sonunda Bankın məcmu kapitalı 69 milyon 21 min manat təşkil etmşdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
5 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
9 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
27 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
3 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)










.jpg)



