"Təhsil haqları ilə bağlı söylədiklərim başqa cür təqdim edilib"
Ötən gün Emin Əmrullayevin Azərbaycanda ali təhsil müəssisəsində təhsil haqları ilə bağlı söylədikləri fikirləri müzakirəyə səbəb olmuşdu. Nazir çıxışında bildirmişdi ki, təhsil haqları ilə təhsilin keyfiyyəti arasında əlaqə mövcuddur: “Çox sadə bir misal, Azərbaycanın ali təhsil müəssisələrində bakalavr səviyyəsində təhsil haqları 2500 manatdır. Bəzi regional ali təhsil müəssisələrində isə bundan da aşağıdır. Burada biz nə istəyirik sualı çox vacibdir, istərdim bunu yaxşı başa düşək. Ali təhsilin qiyməti 500 manat olarsa, daha çox adam təhsil almış olacaq. Amma bizə o təhsilli insanlar uzun müddətli vədədə iqtisadiyyatımıza və gündəlik rifahımıza hansı əlavə dəyəri qatacaqlar sualı daha vacib sualdır”.
Təhsil naziri Emin Əmrullayev "Xəzər" TV-də qonaq olarkən ötən gün keçirdiyi brifinqdə səsləndirdiyi fikirlərin məcrasından çıxarılaraq başqa cür təqdim edildiyini bildirib.
Nazir qeyd edib ki, brfinqdə fərqli müzakirələrə səbəb olan fikrin mahiyyətinə aydınlıq gətirmək istəyir: "Əslində mahiyyət çox sadə idi. Təhsil haqlarını süni şəkildə aşağı salmaqla daha çox insanın ali təhsilə cəlb edilməsi uzun müddətli dövrdə keyfiyyətə mənfi təsir edir. Ümumiyyətlə, ali təhsil alan insanların sayının artırılması keyfiyyəti qurban vermək hesabına baş verməməlidir. Uzun vədədə keyfiyyətsiz təhsil almış, hazırlıqsız mütəxəssislər iqtisadiyyatımız və cəmiyyətin rifahı üçün əlavə dəyər yaratmır". İnandığım bundan ibarətdir ki, ali təhsil alan insanların sayı da, ali təhsilin keyfiyyəti də artırılmalıdır. Bu iki proses balanslaşdırılmış şəkildə idarə edilməlidir.
Təhsil Nazirliyi olaraq təhsil siyasəti ilə bağlı olan mövzuları ictimaiyyətlə müzakirə etməkdə, ictimai rəyi nəzərə almaqda maraqlıyıq və bu prosesi çox faydalı hesab edirik. Amma söylənilən fikirlər kontekstindən çıxarıldıqda, proses faydalılığını itirir.
Dövlət təhsilin bütün pillələrində olduğu kimi, hər bir vətəndaşın ali təhsil almaq hüququnu dəstəkləyir. Müxtəlif sosial qrupların ali təhsilini davam etdirməsi üçün hər zaman maddi dəstək verilir. Ali təhsilin daha da əlçatan olması üçün müxtəlif üsullar tətbiq edilir".
Marja.az Telegramda: https://t.me/marjaaz
“Qafqazinfo”
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 14 d. əvvəl
-
- 29 d. əvvəl
- 33 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib




















