"S&P" Azərbaycanda builki inflyasiya üzrə proqnozunu endirib
"S&P Global Ratings" reytinq agentliyi bu il Azərbaycanda istehlak qiymətləri indeksinin 2,7% artacağını proqnozlaşdırır. Bu, ötən proqnozdan 1 faiz bəndi azdır.
Reytinq agentliyinin yaydığı məlumata görə, 2022-ci ildə inflyasiyanın 2,9%, 2023-cü ildə 2,6%, 2024-cü ildə isə 2,7% olacağı güman edilir.
Qeyd edək ki, Azərbaycanda ötən il inflyasiya 2,8% təşkil edib. Mərkəzi Bankın dekabrda yenilənmiş proqnozlarına görə isə ölkədə inflyasiya 2021-ci ildə 3,5%-4% diapazonunda formalaşacaq.
"S&P": Azərbaycanın ÜDM-i bu il 2,1% artacaq
"S&P Global Ratings" reytinq agentliyinin yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 2,1% artacaq. 2021-2024-cü illərdə isə ölkədə ÜDM-in ortalama artım tempinin 3,9% səviyyəsində olacağı proqnozlaşdırılır.
Sözügedən artım karbohidrogen ixracında canlanma, stimullaşdırıcı maliyyə paketlərinin köməyi, daxili istehlakdakı bərpa və hökumətin Qarabağa yatırdığı investisiyalar sayəsində dövlət investisiyalarının artımı ilə dəstəklənəcək.
Agentliyin uzunmüddətli proqnozlarına gəldikdə, 2022-ci ildə ölkədə ÜDM-in artım tempi 5,7%-dək yüksələcək. 2023-cü və 2024-cü illərdə isə ÜDM-in müvafiq olaraq 3,7% və 2,2% artacağı proqnozlaşdırılır.
"Neftdən qaynaqlanan xarici volatilliyə baxmayaraq, Azərbaycanın güclü xarici balansı, Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanan böyük həcmdə xarici aktivlərlə möhkəmləndirilmiş əsas reytinq gücü olaraq qalacaq", - deyə agentlik qeyd edir.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ÜDM-in həcmi 2019-cu il ilə müqayisədə 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib. Bu, son 3 ilin ən aşağı göstəricisidir.
İşsizlik nisbətinin 4 ildə 4,7 %-ə enəcəyi gözlənilir
“S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi bu il Azərbaycanda işsizlik nisbətinin ötən illə müqayisədə 1 faiz bəndi azalaraq 5,7 %-ə enəcəyini proqnozlaşdırır.
Hesabata əsasən, Azərbaycanda 2022-2024-cü illərdə isə işsizlik nisbətinin müvafiq olaraq 5 %, 4,9 % və 4,7 % səviyyəsində reallaşacağı gözlənilir
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
























