Avropadan Dollara qarşı Avronu gücləndirmək planı
Avropa Birliyi (AB), dollara asılılığı azaltmağı və qlobal ticarətdə avronun daha əhəmiyyətli rol oynamasını təmin etməyə hədəfləyən plan hazırlayıb.Qlobal ticarətə dolların dominatlıq etməsindən narahat olan Avropa Birliyi (AB) Komissiyası, ABŞ-da Joe Bidenin Prezident vəzifəsinə başlamasına 1 gün qalmış Avronun beynəlxalq rolunu gücləndirəcək müxtəlif tədbirləri ehtiva edən yeni strategiyasını açıqlayıb.
Marja xəbər verir ki, Avropanın qlobal iqtisadi sistemdə qabaqcıl rol oynamasını məqsəd qoyan strategiyaya görə;
-Avro pul vahidin qlobal miqyasda istifadəsi artırılacaq. AB, avro istifadəsini təşviq etmək üçün 3-ünçü ölkələrlə danışıqlar aparacaq.
-Avro pul vahidindəki maliyyə alətləri dəstəkləniləcək. Avronun enerji və əmtəə ticarətində beynəlxalq istinad pul vahidi olmasına çalışılacaq.
-AB-nin yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbilə hazırladığı 750 milyard avroluq xilasetmə proqramı üçün avroda borclanılacaq. Avronun sərmayəçilər üçün daha cazibədar olması təmin ediləcək.
-AB-nin qlobal "yaşıl" maliyyələşmədə bir mərkəz olması və bu maliyyələşmədə Avronun qabaqcıl rol oynaması dəstəkləniləcək.
-AB Komissiyası, Avropa Mərkəzi Bankının (AMB) ola biləcək rəqəmsal avro işlərinə dəstək təmin edəcək.
-AB-nin kapital bazar infrastrukturu daha da inkişaf etdiriləcək.
- Avropa maliyyə bazarlarının 3-ünçü ölkələrin sanksiyalarına qarşı müqavimətli olmaları təmin ediləcək.
-AB təşkilatları, 3-ünçü ölkələr tərəfindən tətbiq olunan tək tərəfli tədbirlərə (sanksiyalara) istiqamətli təhlükəsizlik açıqlarının aradan qaldırılması üçün maliyyə bazar infrastruktur şirkətləri ilə ünsiyyətə keçəcək.
Strategiyaya dair Brükseldə təşkil edilən mətbuat konfransında danışan AB Komissiyasından Valdis Dombrovskis, "Ortaq pul vahidimiz Avro dünyada ən məşhur ikinci pul vahididir. Planımız, Avronun beynəlxalq rolunu gücləndirməyə istiqamətli uzunmüddətli strategiyanı ehtiva edir" deyib.
Dombrovskis, qlobal iqtisadiyyatın dollara bağlılığını azaldılaraq şoklara qarşı daha etibarlı hala gətirilə bilinəcəyini söyləyib.
Avronun borc alətləri, əmtəələr və enerji kimi sahələrdə istifadəsini artırmağı məqsəd qoyduqlarını bildirən Dombrovskis, "Plan, AB maliyyə sistemini və infrastrukturunu gücləndirməyi ehtiva edir" ifadəsini istifadə edib.
Dombrovskis, Avropanın ən böyük maliyyə mərkəzi olan İngiltərənin AB üzvlüyündən ayrıldığını da xatırladaraq, "Xüsusilə AB-dəki bazar iştirakçılarının 3-ünçü ölkələrdəki mübadilə əməliyyat mərkəzlərinə olan həddindən artıq açıq mövqelərini bağlamalıyıq", deyib.
AB Komissiyasının İqtisadiyyatdan Məsul üzvü Paolo Gentiloni da "İqtisadi və pul birliyini dərinləşdirməyi, avronun beynəlxalq rolunu gücləndirməyi məqsəd qoyuruq" deyib.
AB daxilində bankçılıq birliyini tamamlamaq və sərmayə bazarı birliyini əhəmiyyətli ölçüdə irəli aparmağa prioritet verəcəklərini izah edən Gentiloni, "Avro pul vahidi noyabr ayında qlobal ödəmələrdə 38% nisbətinə çatdı. Avronun qlobal ehtiyatlardakı payı isə 20% ətrafındadır. Bu səviyyə son 20 ildə dəyişmədi",- bildirib.
Gentiloni, Avronun güclü bir rola sahib olmasının AB iqtisadiyyatını valyuta məzənnəsi riskindən qoruyacağını, digər pul vahidlərinə olan asılılığı azaldacağını vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
20 d. əvvəl
"Sahibkarlar günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
-
28 d. əvvəl
Azərbaycan ərəblər ilə elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsünü müzakirə edib
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AS Group” Qazaxıstanda keçirilən “RES 2026 EXPO” beynəlxalq sərgisində iştirak edib
-
1 saat əvvəl
Azərbaycan və Maldiv adaları qarşılıqlı vizasız rejim tətbiq edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kəpəz”in xalis kredit portfeli və xalis mənfəəti 14 faizdən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Sahibkarlar günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Hazır mənzillər ipoteka imkanı ilə "Park Yasamal"da!
“AS Group” Qazaxıstanda keçirilən “RES 2026 EXPO” beynəlxalq sərgisində iştirak edib
Azərbaycan və Maldiv adaları qarşılıqlı vizasız rejim tətbiq edib
Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Azərbaycanın qiymətli kağızlar bazarı 27 %-dən çox kiçilib
Bank olmayan kredit təşkilatları sektoru zərərdən mənfəətə keçib
Tramp növbəti dəfə İranı hədələdi: Artıq o yaxşı adam yoxdur
Aprelin 30-da gözlənilən hava şəraiti
Ölkədaxili nağdsız əməliyyatların həcmi kəskin artıb - 3 AYDA 9,6 MİLYARD MANATLIQ ÖDƏNİŞ






.jpg)






.jpg)





