Yaponiya şirkətləri Qarabağın yenidən qurulması işlərində iştirakda maraqlıdır
Energetika naziri Yaponiyanın Azərbaycandakı səfirini qəbul edibEnergetika naziri Pərviz Şahbazov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı qəbul edib. Görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları, həmçinin müvafiq sahələr üzrə təcrübə və məlumat mübadiləsi məsələləri müzakirə edilib.
Səfir Azərbaycan torpaqlarının erməni işğalından azad olunması, ərazi bütövlüyünün bərpasının ölkəmizin gələcək inkişafı üçün əhəmiyyətini vurğulayıb və azad edilmiş ərazilərimizdə elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində Yaponiya şirkətlərinin iştirakda maraqlı olduğunu bildirib.
Nazir Yaponiyanın dövlət qurumları və maliyyə təşkilatları ilə enerji sektorunda sıx əməkdaşlıq əlaqələrinin olduğunu, bu sahədə Yaponiya şirkətlərinin ölkəmizdə bir sıra uğurlu layihələr həyata keçirdiyini qeyd edib. İşğaldan azad olunmuş ərazilərin bərpası və yaşıl enerji zonasının yaradılması planları, həmçinin bu ərazilərin bərpa olunan enerji potensialı haqqında məlumat verib.
Daha sonra qeyd edilmiş sahələr üzrə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir iki ölkə arasında energetika sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























