Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın pomidor ixracı ilk dəfə 200 milyon dollar səviyyəsini keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın pomidor ixracı ilk dəfə 200 milyon dollar səviyyəsini keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2020-ci ildə Azərbaycandan 201 milyon 353 min dollar dəyərində 187 min 539 ton pomidor ixrac edilib. Azərbaycanın illik pomidor ixracının dəyəri ilk dəfə 200 milyon dollar səviyyəsini keçib.

Reklam_3_11

Marja Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə pomidor ixracı miqdar ifadəsilə 7,4%, dəyər ifadəsilə 6,4% artıb.

2019-cu ildə Azərbaycandan 189 milyon 292 min dollar dəyərində 174  min 548 ton pomidor ixrac edilmişdi.

2020-ci ildə ümumi ixracının 1,5%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 11%-i pomidorun payına düşüb.

Ötən il Azərbaycandan 11 milyard 889 milyon 300 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar, 1 milyard 851 milyon 267 min dollar dəyərində neft-qaz sektoruna daxil olmayan mallar ixrac edilib.

16.01.2021 09:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18