"Bir qrup əlil "Sınıq Körpü" postunda asayişi pozmağa cəhd edib"
Mayın 2-də bir qrup əlil Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda asayişi pozmağa cəhd göstərib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, belə ki, minik avtomobilləri ilə Gürcüstandan Azərbaycana kommersiya məqsədi ilə kartof gətirən bu şəxslərin idarə etdikləri nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı gömrükçülər hər bir avtomobildə 100 kiloqramdan artıq kartof yükünün olduğunu müəyyən edib və minik avtomobillərinin sahiblərinə qanunvericiliyin tələblərini xatırladaraq hər bir Azərbaycan vətəndaşının şəxsi istifadə üçün bir təqvim ayı ərzində 30 kiloqram ərzaq məhsulunu güzəştli qaydada ölkəyə gətirə biləcəyini diqqətə çatdırıblar.
Ancaq həmin avtomobillərin sürücüləri gömrükçülərin və qanunun tələblərinə məhəl qoymadan vəzifə borcunu yerinə yetirən gömrük orqanı əməkdaşlarına qarşı qeyri-etik davranışlar nümayiş etdirməklə gömrük keçid məntəqəsinin fəaliyyətinə mane olmağa cəhd göstərib, asayişi pozmağa çalışıblar.
Asayişi bərpa etmək məqsədilə Tovuz Gömrük İdarəsinin rəhbərliyi əraziyə hüquq-mühafizə orqanlarının nümayəndələrini dəvət edib və asayiş bərpa olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















