Unibank özünüməşğulluq layihəsini başa çatdırıb
(®️) Korporativ sosial məsuliyyət “Unibank”ın brend strategiyasında əsas istiqamətlərdən biridir. Bu istiqamətdə bir çox böyük layihələrə imza atan bank, daha bir layihəni uğurla başa çatdırıb.
Bank, məqsədi həssas əhali qruplarının şəxsi biznesini yaratmaq olan özünüməşğulluq layihəsini yekunlaşdırıb. Ötən il boyu həyata keçirilən layihə çərçivəsində həssas əhali qrupuna daxil olan 45 vətəndaş Unibank tərəfindən qurmaq istədikləri şəxsi bizneslərinə uyğun avadanlıqla təmin olunub. Müxtəlif istehsal və xidmət sahələrinə aid olan bu avadanlıqlar sayəsində artıq vətəndaşların əksəriyyəti şəxsi ailə bizneslərini formalaşdıra biliblər.
Qeyd edək ki, özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həyata keçirilir. Bu memоrandum ölkə banklarının layihədə iştirakına imkan yaradıb. Unibank da daxil olmaqla, layihəyə qoşulan banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)







.jpg)






