Qarabağ Dirçəliş Fondunda ilk iclas
Bu gün Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib.
Marja-nın məlumatına görə, iclasda fondun fəaliyyət istiqamətinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edilməsi, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.
Müşahidə Şurasının üzvlərindən bu istiqamətdə 2 həftə ərzində təkliflərini təqdim etmələri istənilib.
Növbəti iki həftə ərzində Prezident Administrasiyası tərəfindən Fondun nizamnaməsinin layihəsi hazırlanacaq. Nizamnamə qəbul edildikdən sonra konkret istiqamətlər üzrə görüləcək işlər bir daha müzakirə olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 4 yanvar tarixli fərmanına əsasən, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi yaradılıb.
Eyni zamanda dövlət başçısının 4 yanvar tarixli sərəncamına əsasən, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvləri aşağıdakılardır:
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru
Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru
Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















