
"Kredit bürolarının fəaliyyəti Azərbaycanın reytinqini yüksəldəcək"

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə “Kredit büroları haqqında Azərbaycan Respublikası Qanunu”nun əhəmiyyətini şərh edib.
Qeyd edək ki, “Kredit büroları haqqında Azərbaycan Respublikası Qanunu” Azərbaycan Respublikasında kredit bürolarının yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını, kredit büroları tərəfindən kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istifadə prinsiplərini müəyyən edir, kredit bürolarının, kredit tarixçəsi subyektlərinin, məlumat təchizatçılarının və istifadəçilərinin hüquq və vəzifələrini, eləcə də kredit büroları üzərində nəzarət məsələlərini tənzimləyir. Qanunun qəbulundan dərhal sonra Azərbaycanda ilk özəl kredit bürosu yaradılıb. Nəzərə almaq lazımdır ki, bu qanun kredit bürolarının fəaliyyətinin hüquqi bazasının əsasını təşkil edir. Habelə, bu ilin aprel ayında yaradılan ilk özəl kredit bürosu sözügedən qanunun praktiki mərhələyə keçidinin bariz nümunəsidir.
Beynəlxalq təcrübədə sözügedən büroların əhəmiyyətindən danışan Mərkəzin analitiki bildirib ki, Kredit büroları beynəlxalq təcrübədə geniş yayılıb və kredit əməliyyatlarını artmasına təsir edib.
“İnkişaf Etmiş Ölkələr və bir sıra MDB ölkələrində tətbiq olunan kredit büroları birbaşa xarici investisiya axını üçün ciddi zəmin yaradır. İlk növbədə, kredit büroları sahibkarlıq subyektlərindən maliyyə hesabatlarını tələb edir ki, bu da sahibkarlarda korporativ idarəçilik və korporativ sosial məsuliyyətin tətbiqinə şərait yaradır, həmçinin kredit təşkilatı üçün kredit vermədə risklərin azalması ilə nəticələnir. Xüsusilə, beynəlxalq hesabatlarda xüsusi diqqət göstərilən sahə olan Kredit büroları Yeni Zelandiya, Sinqapur, İsveçrə və Danimarka təcrübəsində geniş yayılıb. MDB ölkələrində də son illər fəaliyyətə başlayan kredit bürolarının əksəriyyətinin hüquqi bazası olmadığı halda belə, fəaliyyəti müşahidə olunmaqdadır.
“Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu” və ilk özəl kredit bürosunun yaradılması sahibkarlıq mühitinin maliyyə resurslarına daha asan çıxışını özündə ehtiva edir. Xüsusilə, qarşıdakı dövrlərdə kredit bürolarının yaradılması ölkədə son iki ildə bank sektorunun sağlamlaşdırılması istiqamətində aparılan islahatlara, o cümlədən kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsinə töhfəsini verəcək.
Nicat Hacızadə bu istiqamətdə islahatların davam etdiyini və kredit bürolarının ölkənin beynəlxalq reytinqlərdə, xüsusilə “Doing Business” reytinqində mövqeyinin daha da yaxşılaşdırılmasına kömək edəcəyini əlavə edib. ““Doing Business” hesabatının vacib indikatorlarından sayılan kreditə əlçatanlıq göstəricisi üzrə Azərbaycan əvvəlki illərin reytinqinə nisbətən irəliləyib. Buna baxmayaraq, hazırki mövqenin daha da yaxşılaşdırılması istiqamətində işlər aparılır. Belə ki, 2016-cı ilin dekabr ayında qəbul edilən “Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu” ilə “Doing Business”-in kredit informasiya indeksinin balını 100% həcmində qiymətləndirəcək. Sözügedən indeksin tələblərinə əsasən, Kredit büroları təkcə maliyyə institutlarının deyil, o cümlədən kommunal və pərakəndə satış şirkətlərinin də fəaliyyətini tənzimləyəcək. Əlavə olaraq qeyd etmək lazımdır ki, ölkəmizin kreditə əlçatanlıq indikatoru üzrə mövqeyinin yüksəldilməsi istiqamətində daşınar əmlakın yüklülüyü ilə bağlı qanun layihəsi hazırlanıb. Həmin sənəd hazırda Azərbaycan Respublikasının Milli Məclisindədir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə dövlət başçısının Azərbaycanın beynəlxalq hesabatlarda mövqeyini daima diqqət mərkəzində saxladığı və mütəmadi olaraq öz nitqlərində vurğuladığını qeyd edib. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan dinamik iqtisadi islahatlar ölkənin iqtisadi sisteminin inkişafına və gələcək dövrlər üçün dayanıqlılığın təmin edilməsinə imkan verib. Xüsusilə, ölkə başçısının rəhbərliyi ilə keçirilən iclaslarda Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinə xüsusi diqqət göstərilir və ölkənin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində islahat xarakterli tədbirlərin əhəmiyyəti vurğulanır. Ölkə rəhbərinin müvafiq sərəncamı çərçivəsində Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya yaradılıb. Komissiyanın yaradılmasında məqsəd ökənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə əldə olunmuş sürətli inkişafın davamlılığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaqdan ibarətdir.”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
3 d. əvvəl
Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir
-
18 d. əvvəl
Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub
-
42 d. əvvəl
Hesablama Palatası Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edib
-
53 d. əvvəl
Dövlət satınalmaları 57 faiz, kotirovka sorğusu üzrə satınalmalar 2 dəfədən çox artıb
-
55 d. əvvəl
Macarıstan "Shell" ilə 10 illik qaz tədarükü müqaviləsi imzalayıb
-
55 d. əvvəl
"Botaş" və BP arasında LNG tədarükü haqqında üçillik müqavilə bağlanıb
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İsrailin Qətərə hücumu və sanksiyalar barədə xəbərlər neftin qiymətini yüksəldib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir


Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub

Rəsmi məzənnələr açıqlandı

"Facility Management Group" şirkəti şəhid və qazi övladlarına məktəb ləvazimatları hədiyyə edib
Ən çox oxunanlar

Apple-ın səhmləri iPhone 17-lərin təqdimatından sonra ucuzlaşıb

Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
