Abonentlərə qazın satışını hansı qurum həyata keçirəcək?
"Azərkontrakt" ASC təbii qazın topdan satışı ilə məşğul olacaqƏhali və qeyri-əhali abonentlərinə qazın satışını əvvəlki kimi "Azəriqaz" İB həyata keçirəcək.
Bu barədə İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.
Bildirilir ki, bu günədək SOCAR həm təbii qazın hasilatını, həm də təbii qazın daxili bazarın istehlakçıları və paylayıcılarına (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) satışını həyata keçirirdi.
"Nazrlər Kabinetinin dünənki qərarında qeyd edilən tarixdən sonra isə satış prosesinin tənzimlənməsi artıq "Azərkontrakt" ASC tərəfindən həyata keçiriləcək. Başqa hər hansı dəyişiklik yoxdur. "Azərkontrakt" ASC təbii qazın topdan satışı ilə məşğul olacaq. Əhali və qeyri-əhali abonentlərinə isə təbii qazın satışını əvvəlki kimi "Azəriqaz" İB həyata keçirəcək. Dünyanın əksər ölkələrində topdan satış və paylayıcı şirkətlər ayrı-ayrı fəaliyyət göstərir. Bunu qaz təsərrüfatı sahəsində bizim respublika üçün də yeni bir islahat hesab edə bilərik", - deyə C.Səfərov bildirib.
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 16 saat sonra
-
-
5 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
7 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti






.jpg)
.jpg)











.jpg)



