Avropada ən çox satılan avtomobillər açıqlanıb
Marja Avropa Avtomobil İstehsalçıları Birliyinə (ACEA) istinadən xəbər verir ki, Avropa Birliyində (AB) yeni avtomobil satışları 2020-ci ilin noyabr ayında keçən ilin eyni ayı ilə müqayisədə 12% azalaraq 897 min 692 ədəd olub.
Bir neçə Avropa ölkəsinin yeni növ koronavirus (Kovid-19) pandemiyasının ikinci dalğasını nəzarət altına almaq üçün yeni tədbirlər tətbiq etməsinə görə AB-də avtomobil satışları düşüb.
27 üzvlü Avropa Birliyidə keçən ay ən çox yeni avtomobil satışını 230 min 556 ilə Volkswagen Qrupu reallaşdırıb.
VW Qrupunun ardınca, 135 min 622 avtomobil satışı ilə PSA Qrupu gəlir. Renault Qrupu 99 min 310 yeni avtomobillə 3-ünçü, Daimler 64 min 659 ədəd satışla 4-cü və FCA Qrupu 62 min 224 ədəd satışla 5-ci yeri tutub.
Qrupların markaları üzrə 107 min 162 satışla Volkswagen 1-ci yeri tutub. Renault 64 min 811 ədəd satışla ikinci və Mercedes 60 min 447 ədəd satışla üçüncü yeri tutub.
Həmçinin 60 min 317 ədəd Peugeot, 51 min 203 ədəd BMW, 49 min 142 ədəd Toyota, 48 min 506 ədəd Skoda, 45 min 92 ədəd Ford, 43 min 183 ədəd Audi və 41 min 651 ədəd Fiat satılıb.
Həmçinin, noyabrda keçən ilin eyni dövrü ilə müqayisədə VW Qrupu ilə Renault Qrupunun satışları 13% və PSA Qrupunun satışları 11,1% geriləyib.
Ən çox Smart, Lada və Jaguar avtomobillərinin satışı azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
- 16 d. əvvəl
- 18 d. əvvəl
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım






.jpg)
.jpg)









.jpg)


