Sikkələrin dizayn müsabiqəsinə start verildi - 3000 MANATADƏK MÜKAFAT
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Heydər Əliyev Mərkəzi “Qarabağ inciləri” mövzusunda Azərbaycan qızılından istehsal ediləcək sikkələrin dizayn müsabiqəsini elan edir.
QSC-nin yaydığı məlumatda bildirilir ki, dizayn müsabiqəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qələbəsinə və Azərbaycanın ayrılmaz parçası olan, işğaldan azad edilən Qarabağa həsr edilib. Müsabiqə Qarabağımızın qədim tarixini, mədəniyyətini, incəsənətini, qeyri-maddi mədəni irs nümunələrini ehtiva etməklə yeni və fərqli sikkə dizayn nümunələrinin seçilməsini hədəfləyir.
Dizayn müsabiqəsi “Qarabağın qədim mədəni irsi”, “Qarabağın qədim tarixi”, “Qarabağın simvolları”, “Şanlı Ordumuzun zəfər yürüşü”, “Biz Qarabağa qayıdırıq”, “Əsirlikdən azad edilən abidələr” kimi mövzu istiqamətlərini əhatə edir. İştirakçılar yuxarıda sadalanan mövzular üzrə hazırladıqları layihələri www.azergold.gift platformasında yaradılan xüsusi səhifə vasitəsilə yükləməklə müsabiqəyə qoşula bilərlər.
Təqdim ediləcək dizayn nümunələri müsabiqənin Əsasnaməsində qeyd edilən şərtlərə cavab verməlidir. Layihələr ölkənin tanınmış mədəniyyət xadimləri, rəssamlar və dizaynerlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq kimi meyarlar nəzərə alınmaqla anonim qaydada qiymətləndiriləcək. İlk 3 yerin qalibi diplom və pul mükafatı (1-ci yer 3000 AZN, 2-ci yer 2000 AZN, 3-cü yer 1000 AZN) ilə təltif ediləcəklər. Əlavə olaraq müsabiqəyə daxil olan bütün layihələr www.azergold.gift saytında onlayn səsverməyə çıxarılacaq. Ən çox səs toplayan layihə “İzləyici rəğbəti” nominasiyası üzrə qalib elan ediləcək və qalibə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.
Müsabiqə elan olunduğu vaxtdan – 22.12.2020 tarixindən etibarən başlayır, müvafiq dizayn layihələrinin qəbulu üçün son tarix 01.02.2021-ci ildir.
Qeyd edək ki, Qarabağın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər sisteminin elementlərinin sikkələrdə öz əksini tapması bu dəyərlərin təbliğinə xidmət edir. Xatırladaq ki, “AzerGold” QSC tərəfindən 2018-ci ildə istehsal olunan 3 növ qızıl və gümüş sikkələrin üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışının əks olunması Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı https://azergold.gift/az/contest linkinə keçid edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















