“Kartla ödə, kartla qazan” adlı lotereya üzrə qaliblər müəyyən olunub - SİYAHI
11 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında cəmiyyətdə nağdsız ödənişlərə marağın artırılması məqsədilə həyata keçirilən və cari ilin noyabr ayını əhatə edən “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın uduş fondu oynanılmışdır.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilior ki, lotereya Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə həyata keçirilmişdir.
Lotereya dövründə Azərbaycan bankları tərəfindən emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə etmişdir. Ümumilikdə, noyabr ayı ərzində lotereya şərtlərinə uyğun olan 538 429 ödəniş kartı ilə aparılmış 2 471 829 əməliyyat lotereyada qalib olmaq şansı əldə etmişdir. Lotereya nəticələrinə uyğun olaraq, qalib gəlmiş 899 ödəniş kartı sahibinin hesabına hər biri 100 manat məbləğində olmaqla “cashback” vəsaiti mədaxil edilmişdir.
Nəticə etibarilə, cari ilin noyabr ayı ərzində bütün ölkə üzrə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların sayı 11 milyona, həcmi isə 592 milyon manata çatmışdır. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 61% və 32% artım deməkdir. Eyni zamanda, POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların say və həcm göstəricilərində ötən ilin noyabr ayı ilə müqayisədə müvafiq olaraq 90% və 94% artım müşahidə olunmuşdur. POS-terminal vasitəsilə aparılan təmassız ödənişlərin say və həcm göstəriciləri isə ötən ilin 11-ci ay indikatorlarını müvafiq olaraq 3.6 və 5.5 dəfə üstələmişdir.
Qeyd edək ki, “Kartla ödə, kartla qazan” lotereyası Mərkəzi Bank tərəfindən cari ildə təşkil olunan sayca üçüncü stimullaşdırıcı kampaniyadır. Bu kimi tədbirlərin nağdsız ödənişlərin təşviqinə vermiş olduğu töhfə statistik göstəricilərdə öz əksini tapmaqdadır. Növbəti illərdə də nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdiriləcəkdir.
Lotereya üzrə qaliblərin siyahısı ilə Mərkəzi Bankın rəsmi internet səhifəsində tanış olmaq olar: https://www.cbar.az/page-465/pay-by-card-win-by-card-2020
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
8 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























