"Standartlaşdırma üzrə Dövlət Fondu sahibkarlar üçün yeni imkanlar açacaq"
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydaları” əsasında sahibkarlıq subyektlərinin normativ texniki sənədlərə əlçatanlığının təmin edilməsi məqsədilə Standartlaşdırma üzrə Dövlət Fondu yaradılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumata görə, Standartlaşdırma üzrə Dövlət Fondu müvafiq dövlət orqanları, beynəlxalq, regional, habelə xarici və yerli təşkilatlarla qarşılıqlı əlaqə şəraitində qurulan, standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət olan və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən idarə olunan informasiya resursudur. Fondda dövlət standartları, texniki şərtlər, beynəlxalq (regional) və dövlətlərarası standartlar, müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumat və sənədlər əksini tapır.
Fondun resursları istehsalla məşgul olan yerli sahikarlıq subyetlərinə elmin, texnikanın və texnologiyanın müasir nailiyyətlərinə əsaslanan istehsalın təşviqinə, bununla da ölkəmizdə istehsal olunan istehlak mallarının rəqabətə davamlılığının yüksəlməsinə əlavə imkan yaradacaq. Eyni zamanda, ixracla məşğul olan sahibkarlıq subyektləri də idxalçı ölkələrin tələbləri ilə tanış ola biləcəklər. Bu da öz növbəsində, ölkənin ixrac imkanlarının artırılmasına, sahibkarların beynəlxalq ticarətdə qarşılaşdıqları əsassız maneələrin aradan qaldırılmasına töhvə verəcək.
Qanunvericiliyin tələblərinə görə texniki tənzimləmənin şamil olunduğu istehlak mallarının dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri üçün Fondda saxlanılan standartların və digər normativ sənədlərin icrası məcburidir. Standartların tələblərinə cavab verməyən malların satışı qadağandır və bu hal istehlakçı hüquqlarının pozulmasa hesab olunur.
İnzibati Xətalar Məcəlləsinə əsasən, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslərə 4000 manatdan 6000 manatadək inzibati cərimə tətbiq olunur.
Sahibkarlar və bütün digər maraqlı tərəflər standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin internet saytı vasitəsilə (www.azstand.gov.az/) və ya kağız daşıyıcılarda əldə edə bilərlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
21 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























