Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

OPEC neftə tələb ilə bağlı proqnozlarını açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC neftə tələb ilə bağlı proqnozlarını açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) bu il qlobal neft tələbinin keçən illə müqayisədə 9,8% azalaraq gündəlik təxminən 89 milyon 990 min barel olacağını, gələn il isə bu rəqəmin 6,6% artaraq 95 milyon 890 min səviyyəsinə çatacağını açıqlayıb.

Marja xəbər verir ki, OPEC-in Neft Bazarı Hesabatına görə, bir çox ölkələrdə iqtisadiyyatın azalması və nəqliyyatda maye yanacaq tələbinin geriləməsi neftə qlobal tələbin düşməsinə səbəb olub.

Reklam_3_11

Eyni zamanda, Çin və Hindistanda neft tələbinin bəzi sektorlarda artması müşahidə edilir.

Hesabata görə, qlobal neft tələbinin bu il keçən illə müqayisədə gündəlik 9 milyon 770 min barel və ya 9,8% azalaraq cəmi gündəlik təxminən 89 milyon 990 min barel olacağı təxmin edilir.

Gələn il isə qlobal neft tələbi bu illə müqayisədə 5 milyon 900 min barel və ya 6,6% artaraq gündəlik təxminən 95 milyon 890 min barelə çatacaq.

Hesabata görə, noyabrda qlobal neft təklifi (istehsalı) əvvəlki ayla müqayisədə gündəlik 1 milyon 620 min barel artaraq 92 milyon 530 min barel olub. Bu rəqəm keçən ilin orta rəqəmindən təxminən gündəlik 8,8 milyon barel aşağıdır.

OPEC-in gündəlik xam neft istehsalı isə keçən ay oktyabr ayı ilə müqayisədəə 710 min barel artaraq 25 milyon 110 min barelə yüksəlubi. OPEC-in istehsalındakı artımla noyabrda qlobal neft istehsalındakı payı  27,1%-ə yüksəlib.

OPEC daxilində xam neft istehsalı ən çox Liviya və Birləşmiş Ərəb Əmrliklərində artıb, ən böyük azalma isə İraqda olub.

OPEC-ə üzv olmayan ölkələrdə neft istehsalı keçən ay gündəlik 910 min barel artıb və 67 milyon 420 min barel səviyyəsinə qalxıb.

15.12.2020 08:42
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18