Evdə müalicə alan koronaviruslu xəstələrə dərmanların verilməsinin dayandırılması barədə açıqlama
Səhiyyə Nazirliyi evdə müalicə alan koronaviruslu xəstələrə dərmanların verilməsinin dayandırılması, yalnız şəhid ailələrinə bu dərmanların verilməsi barədə səslənən fikirlərə aydınlıq gətirib.
Səhiyyə Nazirliyinin (SN) İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə bildirib ki, nazirliyin qərarına əsasən, evdə müalicə olunan xəstələrə yalnız vitaminlər verilir: “Əhali yanlış olaraq düşünür ki, biz koronavirusun müalicəsi üçün lazım olan və olmayan bütün dərmanları veririk. Halbuki nazirlik tərəfindən verilən dərmanlar yalnız Vitamin C, Vitamin D, maqnezium, selen, sink və hərarət salmaq üçün parasetamol dərmanlarıdır”.
Onun sözlərinə görə, kompleks vitaminlər ona görə verilir ki, insanlar az simptomlu, yüngül gedişatlı xəstəlik zamanı yalnız vitamin kompleksi və hərarəti salmaqla fəsad olmadan yaxşı nəticə əldə etsin: “Amma bizdə bəzi adamlar özlərinə antibiotiklər, dərmanlar təyin edirlər və tələb edirlər ki, bu dərmanlar verilsin. Bu, çox yanlış fikirdir, düzgün deyil. Həkimlə məsləhət etmədən heç bir dərman qəbul edilməməlidir, xəstə həkimin nəzarətində olmalıdır ki, müalicə necə aparılsın, nələr edilsin və s”.
S. Babazadə qeyd edib ki, poliklinikalar tərəfindən yalnız ilkin mərhələdə az simptomlu insanların hamısına həmin dərman kompleksi verilir: “Dərmanların yalnız şəhid ailələri, imtiyazlı ailələrə verilməsi ilə bağlı qərarlar yoxdur. Evdə müalicə olunma ilə bağlı əvvəlki qərar davam edir. Əgər bir xəstədə ağırlaşma olubsa, ona hansısa daha ağır müalicə lazımdırsa, bu, o deməkdir ki, həmin xəstə stasionara getməlidir. Bir ailənin bir neçə üzvü virusa yoluxubsa və xəstəliyi yüngül simptomlarla keçirirsə, hər birinə evdə müalicə üçün lazım olan dərmanlar verilir.
Bu xəstəlikdə ən birincisi panikaya düşmək lazım deyil. İkincisi, virusa yoluxan şəxslər sahə həkimləri ilə əlaqə saxlamalıdılar. Əlaqə saxladıqdan sonra həkimlə məsləhət almadan bu xəstəliyə başqa heç bir müdaxilə olunmamalıdır. Vitaminlərin verilməsinin məqsədi də yalnız immuniteti gücləndirməkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 40 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
2 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
3 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"






.jpg)






.jpg)








