Azercell şirkətinin dəstəyilə jurnalistlər arasında müsabiqə elan olunur
Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər və jurnalistlər üçün müsabiqə gözlənilir
(®️) Dekabrın 14-19-da Azərbaycanda növbəti “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə onlayn şəkildə baş tutacaq.
Həftə çərçivəsində Azercell şirkətinin dəstəyilə jurnalistlər arasında “InnoWeek-İnnovasiyalar həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunur: “InnoWeek-İnnovasiyalar həftəsi 2020” haqqında “Ən yaxşı veriliş”, “Ən yaxşı televiziya süjeti” və “Ən yaxşı məqalə” hazırlayan media nümayəndələri mükafatlandırılacaq. Bir müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər.
Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və video materiallar 25 dekabr tarixinədək yayımlanmalıdır. Materialların linkləri [email protected] elektron poçtuna göndərilməlidir. Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif barədə anket məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) da təqdim olunmalıdır.
Nominasiyalar üzrə qəbul olunmuş materialları münsiflər heyəti dəyərləndiriləcək, nəticələr 29 dekabr tarixində açıqlanacaq. Qaliblər Azercell tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
-
2 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
3 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
