Çindən 30 ilin ən yüksək xarici profisiti
Çinin dollarda ifadə olunmuş ixracı Noyabrda ötən ilin eyni ayı ilə müqayisədə 21,1% artım qeyd edib. İqtisadçılar ölkənin Noyabrda ixracının 12% artırmasını gözləyirdilər. Ölkə Noyabrda 75,4 milyard dollarlıq xarici ticarət profisiti (artıqlığı) ilə 1990-cı ildən bu yana aparılan statistikada ən yüksək rəqəmə çatıb. Çinin Noyabr ayına dair xarici ticarət məlumatları qlobal tələbdəki toparlanma (yığışma) trendinin davam etdiyinə işarədir.
Çin Gömrük Komitəsinin açıqladığı məlumatlara görə ölkənin dollarda ifadə olunan ixracı Noyabr ayında ötən ilin eyni dövrü ilə mqayisədə 21,1% artım qeyd edib. Çinin ixracı 2018-ci ilin Fevral ayından bu yana ən yüksək nisbətdə artıb. Marja xəbər verir ki, iqtisadçıların proqnozu Noyabr ayında ixracın 12% artacağı istiqamətində idi.
İdxal isə proqnozdan az artıb. Çinin Noyabr ayında dollarda ifadə olunan idxalı 4,5% artıb. İqtisadçıların proqnozu 7%-lik artım reallaşacağı istiqamətində idi.
Ölkənin Noyabrda xarici ticarət profisiti 75,4 milyard dollar olub. Bu rəqəm 1990-cı ildən bu yana aparılan statistikada ən yüksək xarici ticarət profisiti olaraq qeydə alınıb. İqtisadçıların proqnozu isə 53,8 milyard dollar səviyyəsində idi.
Qeyd edək ki, ixracın idxalı üstələməsi vəziyyətində xarici ticarət profisiti, idxalın ixracı üstələməsi vəziyyətində isə xarici ticarət kəsiri yaranır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
17 d. əvvəl
Azərbaycanda ən böyük GES-də ilk panelin quraşdırılması mərasimi keçirilir
-
33 d. əvvəl
BOKT "Embafinans" kredit itkisilə qarşı-qarşıya- XALİS MƏNFƏƏTİ AZALIB
-
42 d. əvvəl
"Tikintiyə icazə ilə bağlı sahibkarların üzləşdiyi müəyyən çətinliklər qalır"
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!
-
2 saat əvvəl
Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!

Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq
Ən çox oxunanlar

Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub

Qlobal bazarlarda son vəziyyət

Əliyev və Paşinyanın görüşü baş tutub

Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı

“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilir

31 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Moldova Prezidenti ilə görüş olub, enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb
