Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"OPEC+" neft hasilatını tədricən bərpa etmək niyyətindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"OPEC+" neft hasilatını tədricən bərpa etmək niyyətindədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri hazırda 2021-ci ilin əvvəlindən tətbiq olunacaq hasilatın azaldılması (gündəlik 7,7 mln. barel) üzrə məhdudiyyətlərin bir neçə ay ərzində tədricən azaldılması məsələsini müzakirə edir.

Bu barədə "Bloomberg"' öz mənbəyinə istinadən bildirir.

Buna baxmayaraq, mənbə məhdudiyyətlərin azaldılmasının şərtlərini və parametrlərini açıqlamayıb.

Qeyd edək ki, 30 noyabr və 1 dekabr tarixlərində bir sıra "OPEC+" ölkələri nazirlər səviyyəsində bir neçə iclas keçirəcək, nəticədə razılaşma çərçivəsində alyans tərəfindən 2021-ci ilin əvvəlindən etibarən gündəlik neft hasilatının 2 mln. barel artımının olub-olmaması barədə qərar verilməlidir. Aprel ayının 12-də "OPEC+" ölkələri  nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

APA

03.12.2020 10:21

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18