Britaniya COVID-19 peyvəndini geniş istifadə üçün təsdiqləydi
Britaniya Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" şirkətlərinin birgə hazırladıqları COVID-19 peyvəndini geniş istifadə üçün təsdiqləyən ilk ölkə olub.
BBC-nin verdiyi xəbərə görə, ölkənin Dərmanlar və Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyi peyvəndin geniş istifadəsinin təhlükəsiz olduğunu təsdiqlədikdən sonra bu qərar verilib.
Britaniyanın səhiyyə naziri Matt Hankok isə bildirib ki, ölkənin milli səhiyyə xidməti növbəti həftənin ilk günlərindən etibarən peyvəndin tətbiqinə başlayacaq.
Bildirilib ki, əvvəlcə əhalinin həssas qrupları, xüsusilə yaşlılar ilk mərhələdə peyvənd olunacaq.
Britaniya artıq 40 milyon doza sifariş verib ki, bu da 20 milyon insanı peyvənd etmək üçün kifayətdir. Qarşıdakı günlərdə 10 milyona yaxın dozanın Britaniyaya gətiriləcəyi qeyd olunur. Bu da 800 000 insanın peyvənd olunması üçün nəzərdə tutulub.
APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 11 d. əvvəl
-
- 25 d. əvvəl
- 28 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti





















