“Zəfər” ordeninin statutu təsdiq edilib
Azərbaycan Respublikasının “Zəfər” ordeninin statutu təsdiq edilib.
Maddə 1. Təltif edilən şəxslər
Azərbaycan Respublikasının “Zəfər” ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.
Maddə 2. Təltif edən orqan
Azərbaycan Respublikasının “Zəfər” ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
Azərbaycan Respublikasının “Zəfər” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, “Heydər Əliyev” ordenindən sonra taxılır.
Status Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının “Zəfər” ordeninin təsviri
Ordenin ümumi təsviri
Azərbaycan Respublikasının “Zəfər” ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvari olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı, diametri 42 mm olan lövhədən ibarətdir.
Ordenin ön tərəfi
Ordenin ön tərəfində aypara ağ qızıldan, səkkizguşəli ulduz, qılınclar və altlığın guşələrinin mərkəzi elementləri sarı qızıldan hazırlanmışdır.
Səkkizguşəli ulduzun qalan elementləri tünd rəngdədir. Səkkizguşəli ulduzun üzərində zolaq ilə konturlanmış tünd rəngli dairəvi lövhə və onun mərkəzində yumruq formasında sıxılmış əl təsvir olunmuşdur. Zolağın üzərində səkkiz ədəd maili xətlər vardır.
Yumruq və kürəciklər relyefli olaraq qabarıqdır.
Ordenin arxa tərəfi
Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzdən yuxarıda “ZƏFƏR” sözü, mərkəzdə “VƏTƏN MÜHARİBƏSİ 2020” sözləri və rəqəmləri qabarıq şəkildə yazılmışdır.
Ordenin arxa tərəfinin mərkəzdən aşağı hissəsində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
Ordenin elementləri
Orden paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü xara lentə 2 halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentin üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun rəngli zolaqlar təsvir olunmuşdur. Lentin mərkəzində 10 mm enində qırmızı rəngli şaquli zolaq, qırmızı zolaqdan sol və sağ tərəflərdə 13,5 mm enində yaşıl və mavi rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Yaşıl və mavi zolaqların üzərində qırmızı zolaqdan 1,5 mm aralı və bir-birinin arası 1,5 mm olan 1 mm enində üç qırmızı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Xara lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.
Lentin aşağı hissəsinə 40 mm x 12 mm ölçülü, yuxarı hissəsi düzbucaq, aşağı hissəsi üçbucaq formalı lövhə bərkidilmişdir.
Üçbucağın alt konturu iki relyefli qılınc formasında təsvir olunmuşdur. Üçbucağın mərkəzində relyefli aypara və ulduz vardır.
Ordenin dəstinə bir ədəd sinəyə taxılma və bir ədəd diametri 60 mm olan boyundan asılma orden daxildir.
Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş iki ədəd 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Həmçinin oxu
Azərbaycanda yeni medallar və ordenlər təsis edildi
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
5 d. əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 15 d. əvvəl
-
33 d. əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
-
38 d. əvvəl
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
-
43 d. əvvəl
"Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
46 d. əvvəl
AZAL 15 gündə Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
1 saat əvvəl
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Ən çox oxunanlar
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
FED faiz qərarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























