“AccessBank”ın sədri vəzifəsini tərk edir
Anar Həsənovun Bankdan ayrılmasından sonra İdarə Heyətinin yeni Sədrinin seçilib, Bankın beynəlxalq səhmdarları və Mərkəzi Bank tərəfindən təsdiqlənməsinədək Sədr vəzifəsini Yevqeniya Qaşikulina icra edəcək.“AccessBank” İdarə Heyətinin tərkibindəki dəyişiklikləri rəsmi olaraq bəyan edir.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Bankın İdarə Heyətinin Sədri Anar Həsənov Bankı bu ilin dekabr ayının sonunda tərk edir.
Cənab Həsənov 2002-ci ildə Bankda əmək fəaliyyətinə başlamış ilk əməkdaşlardan biridir. O, 2018-ci ildə İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.
Anar Həsənovun Bankdan ayrılmasından sonra İdarə Heyətinin yeni Sədrinin seçilib, Bankın beynəlxalq səhmdarları və Mərkəzi Bank tərəfindən təsdiqlənməsinədək Sədr vəzifəsini Yevqeniya Qaşikulina icra edəcək.
“AccessBank”ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk Bankda kadr dəyişikliklərini belə şərh edib: “Anar Həsənov Bankda 18 il fəaliyyət göstərdi və bu müddət ərzində qarşımıza qoyduğumuz strateji hədəflərə çatmağımızda onun əvəzsiz rolu var. Cənab Həsənov qərar verib ki, digər yerli bankda fəaliyyətinə davam edərək, yeni nailiyyətlər əldə etsin. Mən onun qərarına hörmətlə yanaşıram və yeni işində uğurlar arzu edirəm. Həmçinin “AccessBank”ın Müşahidə Şurasının adından Anar Həsənova Bankda fəaliyyəti dövründə çalışqanlığı və sadiqliyi üçün təşəkkürümüzü bildirirəm. Əminəm ki, yeni komandası Anar Həsənovun təcrübəsindən və idarəetmə bacarığından çox şey qazanacaq. “AccessBank” Azərbaycan bank sektorunu hər zaman yüksək səviyyəli mütəxəssislərlə təmin edib. Hazırda “AccessBank”ın keçmiş əməkdaşları müxtəlif maliyyə qurumlarında mühüm vəzifələrdə işləyirlər.
“AccessBank”ın həm Baş ofis, həm də filiallarda çalışan peşəkar komandası Bankın uğurunun əsas zəminidir. Biz əminik ki, bu komanda müştərilərimizə yüksək səviyyədə xidmət göstərərək, Bankımızı yeni inkişaf səviyyəsinə qaldıracaq. “AccessBank”ın Azərbaycan iqtisadiyyatında vacib rol oynamağa davam edərək, ölkədə mikromaliyyələşdirmə lideri mövqeyini qoruyub saxlayacağına əminəm. Bu komandanın bir hissəsi olmağımla fəxr edirəm.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)






