“AFB Bank” daha 3 vətəndaşa dəstək oldu!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil edilən Özünüməşğulluq proqramına qoşulan “AFB Bank” ASC dəstəyini davam etdirir.
Özünüməşğulluq proqramının məqsədi əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, işsiz və iş axtaran şəxslər və b. daxil olmaqla həssas əhali qruplarının özünüməşğulluğunun təşkil edilməsidir.
Bu proqrama qoşulan vətəndaşlar kiçik sahibkarlığa çıxış əldə edə bilirlər. AFB Bank tərəfindən proqrama qoşulan, Bakı şəhərində yaşayan, həssas əhali qrupuna aid daha 3 vətəndaşa tekstil üzrə kiçik biznesin qurulması üçün əvəzsiz olaraq aktivlər təqdim edilib.
Məlumat üçün bildiririk ki, Özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memoranduma əsasən təsis edilib. Bu proqramın icrasını həyata keçirən AFB Bank, fərqli regionlarda vətəndaşların aktivlərlə təmin edilməsini ilin sonunadək davam etdirəcək.
Hazırda 10 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 21 saat əvvəl
-
-
21 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)






.jpg)







