Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azərsun Holdinq” “Bayrağımız qürurumuzdur” aksiyası keçirib - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsun Holdinq” “Bayrağımız qürurumuzdur” aksiyası keçirib - FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altında zəfər yürüşü edərək işğal altında olan torpaqlarımızı düşməndən azad etdiyi bir vaxtda “Azərsun Holdinq” sakinlərin ruh yüksəkliyinin daha da artırılması üçün sosial layihə həyata keçirib.

“Bayrağımız qürurumuzdur” şüarı ilə yola çıxan Şirkətlər Qrupu 9 noyabr Dövlət Bayraq Günü öncəsi Bakı və Gəncə sakinlərinə minlərlə Azərbaycan bayrağı paylayıb.

Bayrağımızın işğaldan azad olunmuş torpaqlarımızda yenidən dalğalanmasını ilk gündən qürurla izləyən və hər zaman dövlətin, əsgərlərin yanında olan sakinlər keçirilən aksiyadan məmununluqlarını ifadə ediblər. 3 rəngli şanlı bayrağımızın kölgəsində əsgərlərimizin qəhrəmancasına vuruşaraq yenidən rəşatədli qələbələr qazanması xalqımızda qələbə ruhunu yenidən zirvəyə qaldırıb, şanlı ordumuz bizə 9 noyabr Dövlət Bayraq Gününü daha da fəxrlə və qürurla qeyd etməyimizə imkan yaradıb.

“Azərsun Holdinq”in 650-ə yaxın əməkdaşı düşmənləri işğal edilmiş torpaqlarımızdan qovaraq azad olunmuş yerlərə üçrəngli bayrağımızı sancan müzəffər ordumuzun sıralarındadır. Hər bir əsgər kimi onlar da vətən uğrunda canından keçməyə hər an hazırdır. Qeyd edək ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verən, prezident, ordu, xalq həmrəyliyinə sona qədər dəstək olan Şirkətlər Qrupu müharibədən əziyyət çəkmiş yüzlərlə ailəyə ərzaq yardımı da göstərib.

Azərsun Holdinq
07.11.2020 11:40

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18