Bank of Bakunun əməliyyat mənfəəti kəskin artıb
Bank of Baku ASC 2020-ci ilin 9 ayını (yanvar-sentyabr) 8 milyon 612 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövründə xalis mənfəətin yüksək olması (32 milyon 276 min manat) ödəmə vaxtı keçmiş kreditlərin bir hissəsinin yığılması ilə əlaəqdar olaraq əvvəlki dövrlərdə mümkün zərərlər üçün yaradılmış ehtiyatdan azad olmuş vəsait ilə əlaqədar idi. 2020-ci ilin 9 ayında Bank of Bakunun gəlirləri və cari biznes fəaliyyətinin nəticəsini daha həqiqi əks etdirən əməliyyat mənfəəti artıb.
Marja xəbər verir ki, 2020-ci ilin 9 ayında Bank of Bakunun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 47 milyon 681 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 36 milyon 572 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən bankın 11 milyon 109 min manat əməliyyat mənfəəti formalaşıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan 426 min manat azad olub və cəmi mənfəət 11 milyon 535 min manata yüksəlib. Bank mənfəətindən 2 milyon 923 min manat vergi ödədiyindən cari iln 9 ayını 8 milyon 612 min manat xalis mənfəət ilə bağalyıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 9 ayında Bak of Bakunun cəmi əməliyyat gəlirləri 38 milyon 21 min manat, cəmi əməliyyat xərcləri 31 milyon 475 min manat, əməliyyat mənfəəti 6 milyon 546 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan 34 milyon 184 min manat azad olmuş və mənfəət 40 milyon 730 min manata yüksəlmişdi. Bank of Baku 8 milyon 454 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 32 milyon 276 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Bank of Bakunun ötən ilin 9 ayında faiz gəlirləri 31 milyon 683 min manat ikən, 2020-ci ilin 9 ayında 40 milyon 133 min manat, ötən ilin 9 ayında qeyri-faiz gəlirləri 6 milyon 339 min manat ikən, 2020-ci ilin 9 ayında 7 milyon 548 min manat təşkil edib. Gəlirlərin artması ilə əlaqədar olaraq Bank of Bakunun əməliyyat mənfəəti 70% artaraq 6 milyon 546 min manatdan 11 milyon 109 min manata yüksəlib. Qeyd edək ki, əməliyyat mənfəəti Bankın cari biznes fəaliyyətinin nəticəsini daha həqiqi əks etdirir.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
Ötən ilin sonu ilə müqayisədə 2020-ci ilin 9 ayı ərzində Bank of Bakunun cəmi aktivləri 13 milyon 102 min manat və ya 3,4% artaraq 394 milyon 196 min manata, müştərilərə verilmiş cəmi kreditlər isə 28 milyon 338 min manat və ya 8,4% artaraq 366 milyon 496 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
2020-ci ilin 9 ayı ərzində Bank of Bakunun məcmu kapitalı 29 milyon 74 min manat artıb. Belə ki, 30 Sentyabr 2020-ci il tarixində Bank of Baku 83 milyon 298 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 54 milyon 224 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 24 d. əvvəl
-
-
27 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
49 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















